Cəsarət ƏLİYEV
(ikinci yazı)
Sahə nəzəriyyəsinin bugünə kimi tam fiziki aydınlıq gətirmədiyi və yalnız ciddi riyazi cıza bildiyi bir nəsnəni orta yüzilliklərdə söyləyən insan varmış: Şihabəddin Sührəvərdi. Sufi Sührəvərdi də sufi Nəsimi tək bu dünyaya sığmaz olub. Elə sığmazlığı nədənindəndir ki, Sührəvərdi 37 yaşında asılmışdı. Hə, həmin yerdə, Hələbdə. Sührəvərdi və Nəsiminin yaratdıqları ilə yanaşı həyatları da nəsillərə örnək olası bir nəsnədir. Necə olmuşdu ki, hər tür basqıya qarşı qılınc döyüşü heç on illərlə ölçüləsi vaxt kəsiyində duruş gətirmədiyi halda, ağıl döyüşü yüz illərlə sürmüşdü. Kimin “kimi” asdığı indi daha yaxşı görünmürmü?! Onların, Sührəvərdi və Nəsiminin nadan…lığın boğazına keçirdiyi vaxt ilgəyi dartıldıqca daralıb nadanlığı hələ də boğmurmu?!
Həyatda qazancı daş-qalaq olan Mirzə Ələkbərin, həmişə ölümlə üz-üzə dayanan və hətta yaratdığının – “Molla Nəsrəddin”in yubileyinə belə çağırılmayan Mirzə Cəlilin, öz ölkəsində birinci dram yazan Mirzə Fətəlinin, keçmişin kitabını birinci yazan Abbasqulu ağanın, birinci qəzet çıxaran Həsən bəyin, Azərbaycanda klassik opera musiqisinin əsasını qoyan Üzeyir bəyin etdiklərini necə dəyərləndirək. Bir kitabına görə, bir – iki dram əsərinə görə, bir –iki il çıxan qəzet sayına görə, yoxsa dəyərlər başqadır?!
Deyirsiz bu idealları qoyub, günümüzə qayıdaq? Institutda dediklərimizi çapa çıxaraqmı? Axı nədən danışaq, təkcə Avropada deyil, dünyada astronomiya sahəsində ən sanballı jurnallardan biri sayılan “Astrnomy and Astrophysics” jurnalında ŞAR – da işləyən elmlər doktorunun işinin başdan ayağa yanlış olduğunun göstərilməsinin Azərbaycana utanc gətirməsindənmi, apardıqları analizin və aldıqları nəticələrin yanlış olmasının özlərinə deyilməsinə baxmayaraq, onları çap etdirənlərdənmi?
Akademik çapda “inteqralaltı funksiya artan olduğundan integral da artan olacaq” yazan böyük alimlərdən, “mənfi yetmiş sürəti (km/s, məsələn), yoxsa mənfi əlli sürəti böyükdür” sualına – “mənfi əlli sürəti” deyənlərdən (sürət vektori kəmiyyətdir, mənfi işarəsi şüa sürətinin istiqamətini bildirir, sürətin böyük-kiçikliyi onun mütləq qiymətilə ölçülür, bu anlamda “mənfi yetmiş sürəti mənfi əlli sürəti”ndən böyükdür), bu da azmış kimi bu eybəcərliyi ŞAR-ın elmi jurnalı – AAJ-da çap etdirib (görün indi rəyçilərin kvalifikasiyası hansı səviyyədədir) müşahidə materialına yanlış interpretasiya verənlərdənmi danışaq?
Tribunadadı. Deyirəm – siz təkcə rəsədxanada deyil Milli EA-da, təkcə AMEA-da deyil, bütün Azərbaycanda tək adamsınız (elmlər doktoru, müxbir üzv, ŞAR) ki bütün işlərinin yanlış olduğu hamının görəcəyi səviyyədə (internet saytlarında) göstərilib və üstündən cızıq çəkilib. Bəlkə bir kəlmə ilə də olsa cavab verəsiniz: deyilənlər ya doğrudur, ya da yanlışdır. (Azərbaycan üçün utanc gətiricidir ki, bu, dərsliklərə salınıb.) Necə olub ki, laborant akademizmini akademik laborantlıq səviyyəsinə qaldıranlar, ayrılan pulları elmə yox özlərinə sərf edənlər başqalarına badalaq gəlmək üçün akademiyaya müxbir üzv, üzv - akademik seçiliblər, AAK-da ekspertə çevriliblər və ekspert kimi də qalırlar?
AAK-da dəyişiklik nədən yana idi, elmdə korrupsiysnın kökünün kəsilməsindən ötrü, yoxsa akademik banditizm daşıyıcısının şan-şöhrətə mindirilməsindən ötrü? Elmi jurnalların AMEA-ya, AAK-a heç bir aidiyyatı yoxdur? Elmi jurnallarda çap olunan yanlış işləri sabah dissertasiya müdafiəsinə çıxarmırlarmı? AMEA və AAK-da hansı yolla elmi dəyərləndirmənin yeni qaydalarını ortalığa çıxarmağa hazırlaşırlar?
Bir qədər haşiyəyə çıxaq. Bir doktorluq dissertasiyasının müdafiəsi gedirdi. Çıxış edib göstərdik ki, eksperiment adı ilə sırınanlar yalan, hesablamalarsa yanlışdır. Düşünürsüz ki, şura yəqin müdafiəni dayandırar. Sonralar bəlli oldu ki, AAK astrofizikaya aid bu doktorluq işini rəy üçün ixtisasçı olmayan bir kəsin üstünə göndərib. Hər şey aydın. Bugün də, heç bir elmiliyi olmayan işin müdafiəyə çıxarılması bir yana qalsın, yenə də ixtisasçı olmayan bir kəs opponent kimi təsdiq edilir (astrofizika sahəsində elmlər doktoru olmaq heç kimə haqq vermir ki, o, bu sahədə bütün işlərə opponentlik etsin). İndi bu oyunların başında kim durur?
Deyək ki, işdə heç bir yanlışlıq yoxdur, onda necə, o, çox dəyərli bir iş sayılır? Çox verdiyimiz sualdı – de görüm bu işdə laborantın görə bilməyəcəyi nəsə var? Xırda, heç bir tutumu olmayan işlərin də yalnız çap olunduğu üçün dəyərli bir nəsnə kimi qələmə verilməsi dəbdə olan bir işdi. Milyonlarla iynə və bir avtomobil, bir kompüter düzəltmək bir-birinə bərabər tutula bilərmi? İşin görülməsi üçün gərək olan bilik bazaları işin dəyərləndirilməsində böyük rol oynayır.
Nəinki hesab əməlləri, çox tənliklərin çətinliklə alınan analitik həlləri də indiki dövrdə qarmaqarışıq problemlərin öyrənilməsi üçün dada çatmır. Yalnız proqramlaşdırma ağır problemlərin yerinə yetirilməsində yardımçı olur və bu, çoxlu biliklərin kəsişməsində baş verir. Belə işlərin dəyərləndirilməsi necə olsun? (İndiki dövrdə proqramlar yalnız ədədi hesabı həyata keçirmir. Simvollar cəbri yaradıldıqdan sonra, kompüterdə həm də simvolik – yəni analitik hesablamaları da yerinə yetirmək olur. Ona görə proqramlar yarı simvolik, yarı ədədi hesablamaları həyata keçirir və belə proqramların yaradılması daha yüksək kvalifikasiya tələb edir.) Cavabdeh olan kəslərdən bəzilərinin işdən heç termin səviyyəsində xəbəri yoxdur, qalanlarınsa işi terminalogiya ilə yalançı manipulyasiyadan uzağa getmir.
Elektron kağız bitir, amma bilik keçmişindən çəkilən misallar, açılan söz-söhbət bitmir. Bir çoxlarının öz aralarında çoxdan danışdığı, ancaq indi-indi hamının görüb-eşidəcəyi qədər saytlarda yazılan bir xəbər bir çoxlarına şaşırdıcı görünür: demə Azərbaycanda da qız uşaqlarının cibinə girməyən, bilik öyrədən universitetlər varmış. Bunlarla yanaşı orta oxuda da belələri varsa, onları da, tanıtmaq gərəkdir. Bəs bilik necə, o, Azərbaycanda olmayıb və yoxdur? Yoxsa biliyi hamıya populyar şəkildə çatdıranların çevrəsi elədir ki, çabaladıqca ortalığa ya plagiat çıxır, ya da “iki dəfə iki”. Belələri, bilik adamlarının yaxşı tanıdıqları kəslərin başına çələng qoymaqla həm özlərini, həm də biliyi gözdən salırlar.
“Dədə Qorqud”da Nyütondan çox-çox öncə deyilmış “vuran eyni qüvvə ilə vurula bilər” (Nyütonun üçüncü qanunu, “təsir əks-təsirə bərabərdir”) anlamı verən söz var (bu haqda yazı gedəcək, deyəsən axı Nyüton “Dədə Qorqud”u oxuyubmış). Bəs sonrakı dövrlərdə dəqiq biliklərdə heç nə yaradılmayıb, yoxsa gözlüksüz görə bilmirik? Sahənin işıqdan (elektromaqnit dalğaları) ibarət olması və onun kvantlanması iyirminci yüz illikdə fizika elminin gəldiyi nəticədir.
Hətta Eynşteyndən soruşanda ki, deyin, efir var, ya yox sualına, əgər efirə sahə kimi baxsaq, əlbəttə var, demişdi. Şihabəddin Sührəvərdi Zəncan yaxınlığındakı Sührəvərddə doğulub (1154-1191). O, sufi təlimini
Marağada, təsəvvüfü İsfahanda öyrənmişdi. Yazıb-yaratdıqları içərisində biz birini ayırmaq istərdik: İşraq fəlsəfəsi.
Sührəvərdi var olan dünyagörüşündən fərqli olaraq “İşraq fəlsəfəsi”ndə varlıqların işıq və qaranlığın ayri-ayrı nisbətlərdə birliyi - sintezi olduğunu irəli sürür. “İşraq fəlsəfəsi”nə görə işıq fərqli dərəcələrə və iyerarxik düzülüşə malikdir. İyerarxik paylanmada başda (ortada, mərkəzdə) işığın ən yüksək dərəcəsi dayanır və ortadan uzaqlaşdıqca yavaş-yavaş qaranlığa və bununla da tam yoxluğa yaxınlaşır. Sührəvərdiyə görə, işıq görünən və bilinən bir nəsnədir ki, bu nədən də varlıqların bilinən olmasına gətirir. Sührəvərdi deyir ki, işıq (yəni sahə!) bütün varlıqların qaynağıdır, onun özünün nəmənəliyini söyləmək çətin olsa da, onun köməyilə varlıqların nəmənəliyini demək olar.
Bu ki iyirminci yüz il kvant sahə nəzəriyyədir: Elementar tanələr arasında qarşılıqlı ilişgi işıq kvantlarının köməyi ilə baş verir. İşıq, yəni sahə ortada, mərkəzdə öz maksimal qiymətini alır və mərkəzdən uzaqlaşdıqca sıfra yaxınlaşır (nüvə ətrafında sahənin paylanması).
Tanələr – zərrəciklər sahələrin kvantlarıdır və sahə tanələrin, tanələrsə sahənin varlıq formasıdır. Tanələrin paylanmasında iyerarxiya var. İşıq və qaranlığın növbələşməsi – sahənin, enerjinin kvantlanması, bu ki Srödingerin aldığı ciddi riyazi nəticədir. Sührəvərdi Lütfi Zadəni də qabaqlayaraq yayğın paylanmadan danışır. Necə?
O demir ki, ya işıq, ya da qaranlıq - yəni ya birdir, ya da sıfır. O deyir ki, varlıqlar işıq və qaranlığın bir-birinə nisbətinə görə paylanıb. İki kənar hal deyilsə hər bir halda işıq və qaranlığın sıfır və birdən fərqli payı var. Aydın görünür ki, o, qaranlığa primitiv yoxluq anlamı vermir, onu tam zülmətdən ayırır. Yalnız iyirminci yüzillikdə insanlar kosmologiyada materiyanın gözəgörünməz – qaranlıq formasının (dark matter (ingiliscə), tyomnoye veşestvo (rusca)) da varlığından danışıblar. Bu anlayış bugün kosmologiyadan mikroaləmə yeriyib və görünməz enerji və uyğun sahə də baxılmaqla sahə nəzəriyyəsinin yenidən qurulmasına çalışılır.
Sührəvərdi öz fəlsəfi dünyagörüşündə neçə fundamental məsələyə döğru baxış sıralayıb: Materiya görünən və görünməz sahələrin sintezidir; hər bir tanədə görünən və görünməz sahələrin payı yayğındır (Lütfi Zadə nə qədər sevinərdi); sahə başda (mərkəzdə, ortada) öz böyük qiymətini alır və başdan uzaqlaşdıqca sıfra yaxınlaşır; sahə diskret paylanıb.
Baxın, sahə nəzəriyyəsinin bugünə kimi tam fiziki aydınlıq gətirmədiyi və yalnız ciddi riyazi cıza bildiyini orta yüzilliklərdə söyləyən insan varmış: Şihabəddin Sührəvərdi. Sufi Sührəvərdi də sufi Nəsimi tək bu dünyaya sığmaz olub. Elə sığmazlığı nədənindəndir ki, Sührəvərdi 37 yaşında asılmışdı. Hə, həmin yerdə, Hələbdə. Sührəvərdi və Nəsiminin yaratdıqları ilə yanaşı həyatları da nəsillərə örnək olası bir nəsnədir. Necə olmuşdu ki, hər tür basqıya qarşı qılınc döyüşü heç on illərlə ölçüləsi vaxt kəsiyində duruş gətirmədiyi halda, ağıl döyüşü yüz illərlə sürmüşdü (Sührəvərdidən Nəsimiyə (1369-1417) və daha sonralara kimi). Kimin “kimi” asdığı indi daha yaxşı görünür.
Sührəvərdi və Nəsimi vaxt keçdikcə ucalır, onlar tərəfindən boğazına vaxt ilgəyi keçirilmiş nadan…lıqsa vaxt dartıldıqca boğulur.
Neçə tanınmış Sührəvərdli var? (Onlar çoxdur!) Dünyanı düşüncəylə alan Sührəvərdilər ordusu necə yaranmışdı? Bir kiçik kənddə kimlər istedadlı uşaqlara dəyər verərək onları oxumağa göndərirmiş? Bu insanların qoyub getdiyi düşüncə kapitalı niyə yoxa çıxsın, niyə bu kapital nəsildən-nəsilə ötürülməklə artıb yüksəlməsin, toplum tanələrinin düşüncə tərzində, yaratmada qırılma baş verisin? Bir nədəni sufi fəlsəfəsini yaşadan və ötürən məktəblərin – öyrətmə və öyrənmə yuvalarının dağılmasıdır. Bilik və bütövlükdə düşüncə fabrikləri toplumu hər anlamda çəkib aparan lokomotivlərdir. Başqa bir nədəni də var və o da, çağdaş günümüzçün çox aktualdır.
Yazıçı İsa Hüseynov (“Nəsimi” filmində, “Məşhər” romanında) Nəsiminin dili ilə deyir: Eldə öyrədən pis olsa, onda nadan bir nəsil yetişər. Bugün pulla qiymət yazanlar, diplom satanlar, pulla doktorluq elmi dərəcəsi, dosent və professor kimi elmi adlar verənlər bu işi çox ustalıqla yerinə yetirirlər.
Sözümüzü qarşıya qoyulan məsələyə qayıdaraq biliyin necə dəyərləndirilməsilə davam etdirək.
a) Baxılan problem sanballı, fundamental olmaqla yanaşı həm də indiyə kimi yerinə yetirilməyibsə, açıqdırsa (həll olunmayıbsa), bu, seçimin dəyərini artırır.
b) Problemin yerinə yetirilməsi üçün işlədilən metodlar, metodologiyalar çoxsahəli və dərin bilik tutumludursa – dəyərlidir. Fundamental problem, yerinə yetirilməsi üçün sanballı yanaşma, tutarlı metod istəyir. Amma problemin fundamentallığının arxasında gizlənərək primitiv metodla işə yanaşma yalançı görüntü yaratmaqlıqdır və “iynə ilə gor eşmək” kimi bir işdir. Başqa bir halda isə fundamental problemə sanballı metod tətbiq edilir, ancaq nəticə “çevir tatı, vur tatı”dan uzağa getmir, başqa sözlə, “böyük problem həll edirəm” adı altında kimsə baş girləyir.
c) İlk baxışda sadə görünən yeni ideya formalaşmış dünyagörüşünü dəyişirsə, belə ideyaya söykəkli yaradılan modelin çox böyük tətbiqi, istehsal çıxışı varsa, deməli dəyərlidir. Lütfi Zadənin etdiklərinə, “axı sıfrla birin arasını doldurmağa, ağla qaradan başqa da boyaların olmasını deməyə nə var ki”, deyərək ağız büzənlər vardı. Uduzdular.
d) Açıq və ağır problemlərin yerinə yetirilməsi üçün a) yeni ideya irəli sürülməsi;
e) ideyanı reallaşdırmaq üçün yeni araşdırma metodu yaradılması və c) metodun proqramlaşdırılması çox dəyərlidir.
ə) Çox və ya az sayda, kiçik və ya böyük həcmli olmasından asılı olmayaraq “iki dəfə iki” kimi yazılar dəyərsizdirlər.
Vaxtilə, Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunda keçirilən bir seminarda, çıxışedənlə şöbə müdiri arasında fikrin çatdırılmasıyla bağlı yüngül konflikt yarandı. Bizə seminardan sonra bənzər bir olayı danışdılar: Keldış elmi işçini birbaşa seminar zalında işdən azad edibmiş. Niyəsi? O işçiyə deyib ki, sizdə nə akademik düşüncə tərzi var, nə də problemə akademik yanaşma. (Sonra Keldış elmi işçinin başqa bir yerdə mühəndis vəzifəsinə düzəldilməsinə yardım edib.)
Yaxşı ki bəzi akademiyalarda tərsinədir, yoxsa o qədər adamı işdən necə uzaqlaşdırmaq olardı.
(ardı var)

Şərhlər
Allah rəhmət eləsin Cəsarət müəllimə məkanı cənnət olsun
.....Cesaret muallim xahish edirem o .... resedxanani terk edin, axi orada ne ish gormek olar, orada ishleyenlerin hamisi .....yigincagindan ibaretdir. Cumle gura bilmeyen, fizikanin mahiyyetini bilmeyenler akademikdir. Men sizin yazdiklarinizla tam raziyam. Bu akademiyada elm yoxdur. Akademiyanin akademiklerinin intelektual seviyeleri ise hec orta mekteb shagirdi seviyesindedir. Yazilan dissertasiyalar ve elmi eserleri ise maklaturadir.
Sabir Məmmədov, söhbəti bu məcraya yönəldəcəyinizi bilsəydim heç Sizinlə dialoqa girməzdim. Şübhəsiz ki alimlik dərəcəniz və elmi adınız var. İki sualla bu lazımsız mükaliməyə son qoyuram Кстати cavab verməsəz də olar:1)Seminara hazırlaşmaq nə vaxtdan qəbahət olub?2) Başqasının səhvini demək nə vaxtdan günah sayılıb?
Sabir Məmmədov əyər mənim səmimi çağrəşəma belə reaksiya verirsizsə deməli Sizi tərifləməkdə yanılmışam.
Fizik müəllim, "balım var...."
Sabir Məmmədov, məni düz anlamadız. Mən heç kəsə tərəfkeşlik etmirəm.Sadəcə qeyd etdim ki Cəsarət Əliyevin yazılarından onun dərin zəkalı şəxsolduğu görünür. Eləcə də Sizin məntiqi ardıcıllığınız qibtə hissi doğurur. Sadəcə istərdim ki rəsədxana alimləri kini küdurəti yerə qoyub ümumi məqsədlərimiz uğurunda birləşsinlər.
Fizik müəllim,onu siz C. Əliyevə deyin. O rəsəxanaya ayaq basandan kollektivə muharibə elan edib. İşi-gücü başqalarının seminarına hazırlaşmaq,seminarlarda meydan sulamaq, at oynatmaq, özünü hər şeyi bilən böyük bir alim kimi göstərmək. Onun elm elləməyə vaxtı da qala bilməz. Ona görə də 28 ildə bir dənə məqalə yazmayıb. Siz isə ona bəraət qaazandırırsınız
Fizik müəllim, siz C. Əliyevi nə qədər aşağıladız: o özünü Eynşteynə, Puankareyə, Qaluaya bərabər tutduğu halda siz aparıb onu H. Soltanova, R. Həsənova bərabər tutdunuz! Səhv məqalənin xaricdə dərc edilməsi: əməkdaşlar yığışdılar və C. Əliyevin düz demədiyini ona sübut etdilər .Və axırda: C.Əliyev yazır: onun dissertasiyasını ondan xəbərsiz kitab şəklində dərc edib satıblar, habelə Bolsman tənliyinin yeni metodla həlli Moskvadan Vainqtona kimi diqqət cəkib. Yalandı! Belə bir şey olsaydı, bu haqda deyərdi, hesabatda yazardı. Əgər belə bir şey varsa G Ö S T Ə R S İN. İntellektual səviyyəli adam yalan danışarmı?
Qarabağ mücadilesinde yağılarımıza güzeşt ola bilirmi ya? Həpimiz iç ziddiyyetlerimizi kenara koyalım ve PKK simpatizanlarının kafasını ezelim!
Ay Nəriman, ay Sabir Məmmədov, məgər yazdıqlarından görmürsüz ki, Cəsarət Əliyev yüksək intellekt sahibidir. O ki qaldı məqalələrin sayına görkəmli fizikimiz Rəhmi Həsənovun cəmisi 7, astronom akademik Hacıbəy Sultanovun isə cəmisi 4 çap edilmiş məqaləsi olub. Hansı yaxşıdır səhv məqalələri çap etdirib özünü ölkəmizi biyabır etmək yoxsa xaricdə ingilis dilində kitab şap etdirmək?
С . Əliyev yenicə BDU-u qurtarıb aspiranturaya qəbul olub, 5 il müddətində 6 məqalə yazıb və bunların əsasında dissertasiya yazıb, Bundan sonra isə (1991-dən sonra) bir dənə də olsun elmi məqalə yazmayıb. Bu , çoxdan bəri arada gəzən şubhələrin (bu məqalələri onun özu yazmayıb, yazdırıb) doğru olduğunu yəqin ki, sübut edir: necə olur ki BDU-yenicə qurtaran adam birdən 6 məqalə yazır snra isə 0 məqalə Onun az.politikadakı yazılarını və şərhlərə cavablarını bircə sözlə dəyərləndirmək (!) olar: AVTOİFŞA.
C. Əliyevin Nərimanın və Sabir Məmmədovun şərhlərinə cavabı ancaq təəccüb doğurur. Ona qarşı irəli sürülən ittihamlara (28 ildə bir dənə də elmi məqaləsinin olmaması, onun iki dəfə hesabatının elmi şurada rəd edilməsi) cavab vermək əvəzinə Qarabağdan, ermənidən danışır. Bu onu gostərir ki, onun Rəsədxananın əməkdaşlarına qarşı irəli sürdüyu ittihamlar şər və böhtandır. Yaxın vaxtlarda C.Əliyevin məsələsi həll ediləcəkdir : son 5 ildə elmi məqaləsi olmayanlar işdən cıxarılacaqlar
C.Əliyev isə 28 ildir
Ümumi dərdlərimizin olduğu dövrdə siz astrofiziklərin bir-birinizlə dalaşmağınıza təəsüf edirəm. РЕБЯТА ДАВАЙТЕ ЖИТЬ ДРУЖНО
1. Olmayıb ki biz yazaq, kimsə özünü tanımasın. “Yoxsa bu ayinədə əyri görürsən özünü.” 2. Oxucu artıq adları bir-bir yerinə qoya bilər. Öncəki şərhi oxuyub, amma yenə də … Bu, lap göydəndüşmə oldu. Funksional savadsızlıqdan, yəni oxuduğunu başa düşməməkdən sonrakı yazıda söhbət gedəcəkdi. Özüdə kimə aid olsa yaxşədı … 3. Oxucuları da aldatmaq gərək deyil. Axı indiki internet dövründə ilin “91-də” bitib-bitmədiyini yoxlamaq onlar üçün çətin deyil. Bu yolla özünüz oxucunu bizim deyib-danışmadıqlarımızı görməyə gətirib çıxaracaqsınız. Bəs edər ki ad-soyad başqa dillərdə düzgün yazılaraq axtarışa verilsin, onda aydın olar ki, sovet dövründə, internet olmayan bir vaxtda, çaqqa-çuq makina ilə yazılmış bir dissertasiyanın iş yiyəsindən xəbərsiz web variantı hazırlanıb və kitab kimi satışa çıxarılıb. Axı o vaxtlar çox dissertasiyalar yazılmışdı. Niyə bu iş diqqət çəkmişdi? Əlavə edim ki, astrofizikin riyaziyyatda Bolsman tənliyinin həlli üçün verdiyi yeni metod Moskvadan tutmuş Vaşinqtona kimi diqqət çəksədə, təkcə bizim EA-da o, heç kimə lazım deyildi. 4. “İncinardı …”– bizlik deyil, min yaşa ay Üzeyir bəy. Burda tanınmış aktyorun “Görüş yerini dəyişmək olmaz” filmindəki “İndi növbə …”, “Dedim ki …” – deməsi yada düşür. 5. O ki qaldı “Tülkü kolda, quyruğu çöldə”lərə, onda bir az da artıraq. Dışdan Türkiyə-Ermənistan sərhədlərinin açılması oyunlarını quranlar kimlər idi? Azərbaycan buna qarşı dayanmasaydı, sərhədlər açılsaydı, onda nələr baş verəcəkdi? Bu işləri quranlara nələr vəd edilmişdi? Niyə Ermənistanda çevriliş, demək olar ki, Qarabağın Azərbaycana qaytarılma ehtimalının ən böyük olduğu vaxta düşdü? Çevrilişi dışdan təşkil edən kimlər idi? Azərbaycana qarşı bu oyunlarda onların istəyi nə? Onları kiminsə haqqının, süverenliyinin bərpası maraqlandırıbmı? Vaxtilə Rusiya ərazisinə ərəb ölkələrindən silahlılar atırdılar ki, iş quranın izini azdırsınlar, amma belə “soxulcan”la kiminsə aldadılması baş tutmadı. İndi Azərbaycana qarşı belə oyunları oynayanlar kimlərdi? Hansı oyunlardan söhbət gedir? 6. Birdə deyirik, “İncinardı ….” bizlik deyil və ağlı olsa-olsa evdar siyasətbazlığına yarayanlar Azərbaycana qarşı belə oyunlardan uzaq dursa yaxşıdı. Hamı yanıla bilər, ancaq vaxtında qayıtmaq gərəkdi. Kimisə qorxutmaq iddiasından da əl çəkin. Bu hal, o hal deyil. Ətraflı “Siyası bifurkasiya nöqtələri …”ndə.
C.Əliyevin müxbir üzv haqqında yazdıqları da yalandı, bu yazdıqlarını bir dəfə də olsun rəsədxananın elmi seminarlarında, elmi şuranin iclaslarında, nə də hesabatlarda səsləndirməyib.İndi Az.Politikani hərifləyib ağzına gələn böhtan və yalanları yazır. Bu isə Az. politikaya heç də başucalığı gətirmir. Onu böhtanlara görə məhkəməyə müraciət etmək haqqında döşünülür. Yaxşı olardı ki, Az.Politika ona susmağı məsləhət görəydi. Yalan və böhtanlara görə rəsədxananın kollektivi ona dərin nifrət edir.
C Əliyev son 28 ildə bir dənə də olsun elmi məqalə yazmayıb. Onun son məqaləsi keçən əsrin 91-ci ilində Rəsadxananın sirkulyarında dərc edilmişdir. Bundan əlavə, 2018 –ci ildə C. Əliyevin elmi hesabatı elmi şurada iki dəfə qəbul edilməmiş və rəd edilmişdir.
Nəriman İsmayılova C.Əliyevin çox orjinaldırnələrdən nələrdən yazır! Bunların Nəriman İsmayılovun şərhinə nə dəxli var? Rus deyimi olmasın "Ne çem krıt?" C. Əliyev son 28 ildə bir dənə də olsun elmi məqalə yazmayıb, namizədlik dissertasiyası müdafiə etdikdən sonra 1991-ci ildən bəri bir dənə məqalə yazmayıb.....
1. Axır ki ..., “Mən hələ dörddə birin yazmayıram ...”.
2. Danlağın diqqət çəkmək üçün düşünülmüş bir nəsnə olmadığı təsdiq olunur.
3. Özləri bilir, heç vaxt par-palan döyməmişik. ... özü çıxsa yaxşı olar.
4. Hə, bunlar, baxanda xırda bir nəsnədir. Bir çoxlarını titrədən birinci yazının sonundakı çevrilişlə bağlı söz-söhbətdir. Anlamırlar ki, bu həm də test idi. Əl-ayağa düşmə, hücumların təşkili onu göstərir ki, xəbərdarlıq doğrudur. Onda bir qədər də artıraq.
Necə olur ki Azərbaycan üçün strateji tərəfdaş sayılan, bizim ölkə yardımı hesabına dirçələn, az qala kürsüyə də bu ölkə yardımıyla oturdulanlar erməniylə bir olub bizə qarşı sanksiyalara qoşulur? (Bizi, sözsüz ki, apteklərlə iş birliyində təqsirləndirəcəklər. Yəqin ki, ən çox sorğu “qarın ağrısı” dərmanınadır. )
5. O ki qaldı sanksiyalara - unutqanlıq və yatmaqlıq. 20 yanvarı törədənlər bu keçmişin acısını bizə vaxtaşırı yaşadırlar. Bizə üç tutarlı zərbə endirdilər: AB – dən Azərbaycan haqqında qərar, Gürcüstanda Avakyana heykəl qoyulması, erməni əsilli Rusiya vəndaşlarının Azərbaycana buraxılması tələbi. Axı ardınca “Xocalı” gəlir(di). Aydın deyildi ki, bu davam edəcək. Yenə də xəyanətdə Gürcüstan işə buraxılır (qaz əhvalatı), Moskvada təxribat törədilir və düşünsək ki, onlar bununla dayanacaqlar, yanlışlıq olar. Vətəndaş həmişə ayaqda olmalıdır və əlbəttə ki, “ümid sənədir ancaq ...”.
Bu müəllif vaxtilə naməlum üsulla "kandidatski" diplomu almış, guya riyazi fizika üzrə ixtisaslaşmışdır, astrofizikadan anlayışı beə yoxdur. İndiyə kimi bir orijinal elmi əsər yazmayıb. AzPolitika bu yazını çap etməzdən əvvəl müəllifin kimliyini araşdırsa yaxşı olardı. Akademiyanın səhvi ondadır ki, illərlə elmi nəticə verməyəni maaşla təmin edir, hətta aparıcı elmi işçi təyin edir.
"Həqiqət şalvarını geyincə, yalan bütün dünyanı gəzər" (Uinston Çörçıll)
Özünə hörmət edən normal alim vaxtına dəyər verərək heç vaxt bu cür göydəndüşmə yazılar yazmaz. Müəllif bütün dünyada qəbul olunmuş qaydaları qəbul etmir, çalışır ki, özünün mövcud olmayan işlərini "ideya" şəklində hansı üsullasa qiymətləndirməyin yolunu tapsın. Amma o ideyaları bir kollektiv düz qırx ilə yaxındır hey gözləyir. Bu müəllifin nə həyatda, nə elmdə özünə yer tapmadığı halda başqalarının işınə qara yaxmaqsı, ən azı normal təxəyyülə malik olmamanın təzahürüdür.