Menu

Azərbaycanda sabiq nazirin sürücüsü maşını ilə YOXA ÇIXDI

12.02.2019, 13:26
Azərbaycanda sabiq nazirin sürücüsü maşını ilə YOXA ÇIXDI

Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

"AzPolitika" Yenicag.az-a istinadla xəbər verir ki, eks nazir hadisənin Ağstafadan Qazaxa gedərkən baş verdiyini bildirib:

O, deyib ki, Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb.

Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər.

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

Şərhlər

AAgahuseyn 2019-02-12 13:26:53

sənin də dövründə bax belə iydi.Hələ adamın başından papaqın ğötüüb acırdılar....

t.ədalət 2019-02-12 13:26:53

Gündəmə gəlmək üçün düşünülmüş addım da ola bilər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol