Menu

Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlanıb

12.02.2019, 22:29
Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlanıb

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

“Hərəkat başlayandan bu günədək məhkəmələr tərəfindən 1796 hökm verilib, 1422 nəfər də barələrində məhkəmə hökmünü gözləyir”, - deyə hökumət başçısı parlamentin aşağı palatasında deputatların suallarını cavablandırarkən bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol