Menu

Ağdam rayon DYP bölməsinə yeni rəis təyin edilib

13.02.2019, 11:21
Ağdam rayon DYP bölməsinə yeni rəis təyin edilib

Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis baş leytenantı Allahverdi Allahverdiyevə həvalə olunub.

A.Allahverdiyev bu təyinatadək Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektor vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol