Menu

MAQATE müfəttişləri KXDR-ın nüvə obyektərinə buraxılacaq - Razılıq əldə olunub

13.02.2019, 13:37
MAQATE müfəttişləri KXDR-ın nüvə obyektərinə buraxılacaq - Razılıq əldə olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq atom energetikası agentliyinin (MAQATE) yoxlayıcı müfəttişlərini özünün nüıə obyektlərinə buraxılmasına razılıq verib. Bu barədə «The Korea Times» nəşri xəbər verib.

Məsələ ətrafında ilkin razılıq Amerika Birləşmiş Ştatları (ABŞ) və Şimali Koreya nümayəndələri arasında Pxenyanda keçirilən danışıqlar zamanı əldə olunub.

Bundan başqa, Pxenyan müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara müdaxilə etməməyə zəmanət verib. Təftiş yeri və müddəti məsələsi ABŞ və KXDR arasında işgüzar səviyyədə keçiriləcək danışıqlarda müəyyən olunacaq.

Hələlik heç bir rəsmi mənbə bu xəbəri təsdiq və ya təkzib etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol