Menu

Məleykə Abbaszadə repetitorları ittiham etdi

13.02.2019, 16:10
Məleykə Abbaszadə repetitorları ittiham etdi

“Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdən danışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq”. Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb: “Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı “FaceRecognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib”.

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir: “İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur”.

Şərhlər

müəllimə 2019-02-13 16:10:20

Təhsilin səviyyəsinə,dərsliklərə bu xanım yox,birbaşa Təhsil nazirliyi cavabdehdir.Qaldı ki,prestijni dediyiniz ixtisaslara biliyi olan hər bir kes daxil olur,nümünə kimi evladlarımı göstərə bilərəm(prezident təqaüdçüləridir).Əgər savadın varsa sənə hər yerdə yaşıl işqdır.Yaxşı ki,bu qadın var,onun sayesində biz kasıbların da balaları o prestijni ixtisaslara yiyələnir.

müəllim 2019-02-13 16:10:20

Məleykə xanım sanki aydan gəlib,ölkədə təhsilin vəziyyətindən xəbəri yoxdur.Xanım bilmir ki,nə orta məktəbdə,nə bakalavr,nə magistratura təhsilində səviyyə yoxdur,dərsliklər yarıtmaz,müəllimlərin hazırlığı olduqca aşağıdır.Öncə bunlar araşdırılmalı,zəif yerlər doldurulmalıdır.Ali məktəblərə qəbul şəffaf olmalıdır.Qəəbulun şəffaf olmadığına ən bariz sübut perestij sayılan ixtisaslara( hüquq, jurnalistika,beynəlxalq əlaqələr və s.) yazılan abuturiyentlərin valideyinlərinin kimliyi təsdiqləyir və bunu hamı

VƏTƏNDAŞ 2019-02-13 16:10:20

məktəblərdə dərsin və dərsliklərin keyfiyyətini araşdirmaq müəllimlərin həvəsləndirilməsinə baxmaq lazimdır aliməktəblərdə o cumlədən magistratura təhsilini təkmilləşdirmək lazımdır əksinə ali məktəbə qəbulu murəkkəbləşdirmək yox ali məktəbdərdə tədrisin keyfityyətini təkcə nəzəri yox ən çox prarkik məşğələləri artirmaq lazimdir ETİRAF ETMƏK LAZİMDİR Kİ əksər hallarda uşaqlar aliməktəbi qəbul imtahanlartıaldıği biliklə başş vururlar.yəni 4-5 il ərzində əlavə hec nə öyrənmirlər ən çox magistratura təhsilind

VƏTƏNDAŞ 2019-02-13 16:10:20

hörmətlı Məleykə.xanım.Bizim cəmiyyəyə təkcə savadlı yox həm də sağlam gənc nəsil lazımdır.SİZ bunun fərqindəsizmı? BU imtahanları bu qədər qələzdirməklə axırinə olacaq?.Olmazdımıki.bu kurikulum imtahanlarına tədricən keçəydiniz.Siz bu uşaqlari hec fikirləşirsimi? Nə QƏDƏR STRESS.HƏYƏCAN KEÇİRDİRLƏR BU liki məzunlar.HEC KƏSƏ SİRR DEYİLKİ VALİDEYNLƏRİN PULU ÇOX OLAN UŞAQLAR YAXŞIHAZİRLAŞA BİLİRLƏR 20 manat imtahan pulu soyğunçuluqsurİNANİN Kİ BU ABUTİRİYENTLƏRi yoxlasaz 80 -9O FAİZİNDƏ NƏ QƏDƏR XƏSTƏLİK

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol