Abşeronda qatar dəmir yolunu keçən qadını vuraraq öldürüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, səhər saatlarında dəmir yolunun Xırdalan şəhərindən keçən hissəsində bir qadının qatarın altında qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Əraziyə baxış keçirilib. Məlum olub ki, bir qadın dəmir yolunu qaçaraq keçmək istəyən zaman qatarın altında qalıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı qadının bədəni bir neçə hissəyə bölünüb.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
.. Hadisəni törədən dəmir yolunun şefi Cavidin işcisi, hadisəni araşdıran isə onun qardaşı polis rəisi Şəhriyar. Nə qayıraçux aaaaa.Abşeron rayon sakini Rasim Çavadov iki ildi polisə şikayət edir ki ona məxsusu obyekdən təxminən 50 min manat avadanııq oğurlanib, talanıb onun şikayətinə baxan varmı ki, bina da baxan olsun.....