Menu

"Real Madrid"in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb

13.02.2019, 22:05
"Real Madrid"in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb

Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"ın İspaniya "Real Madrid"i ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.

"Report" ESPN-ə istinadla xəbər verir ki, fanatlar gecə saat 4-də Madrid təmsilçisinin Amsterdamda qaldığı otelin yanında səs-küy salıb və fişənglər yandırıblar.

Qeyd edək ki, "Ayaks" - "Real Madrid" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu martın 5-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol