Menu

Azərbaycanlı icra başçısının səlahiyyətlərinə xitam verildi

14.02.2019, 13:30
Azərbaycanlı icra başçısının səlahiyyətlərinə xitam verildi

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəzifə səlahiyyətlərinə xitam verilib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə rayon Sakrebulosunun növbədənkənar iclasında qərar qəbul olunub.

T.Abazovun istefası barədə ərizəsini vəkilləri fevralın 12-də Marneuli rayon rəhbərliyinə təqdim edib.

Ölkə qanunvericiliyinə əsasən, rayon rəhbərinin səlahiyyətlərinə fevralda xitam verilibsə, yeni icra başçısı seçkiləri həmin ilin may ayına təyin olunur.

Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.

Şərhlər

Asim 2019-02-14 13:30:41

Gürcüstan tam avropalaşıb ki.Hər bir vəzifə seçki yolu ilədir.Day bizdəki kimi təyinatla deyil.Ona görə orada qanunlar işləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol