ABŞ-ın İllinoys ştatının Avroraşəhərində baş vermiş atışma zamanı ölənlərin və yaralananların sayı artıb."Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.
Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə zamanı həmçinin daha 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var.
Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. O, şəhərin sənaye kompleksinin 45 yaşlı sakinidir.



Şərhlər