"İNTİQAM ALACAĞIQ" - İranlı general

Şok iddia: "Birləşmiş Ştatlar və İsrailin təhriki ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranda terror törədib”

Xəbər verdiyimiz kimi, çərşənbə günü Sistan və Bəlucistan əyalətində İran İnqilab Keşikçiləri korpusunun (SEPAH) 40 nəfər heyətini daşıyan avtobus terrorçular tərəfindən partladılıb. Nəticədə 27 nəfər həlak olub, 12 nəfər yaralanıb.

"The Japan Times" bu məsələ ilə bağlı yazır ki, İnqilab Keçikçiləri Korpusunun generalı Məhəmməd Əli Gəfəri cümə günü iki yerdə keçirilən terror qurbanlarının dəfn mərasimində iştirak edib. General İranın yarım-rəsmi xəbər agentliyi olan "Tasnim"ə deyib ki, Birləşmiş Ştatlar və İsrailin təhriki ilə Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirlikləri sözügedən terror hadisəsini törədib: "Biz birmənalı şəkildə bu terrora görə intiqam alacağıq".

Terrorun Baluc separatistləri tərəfindən həyata keçirildiyi bildirilir. Ölənlər arasında "İmam Hüseyn Mühafizəçiləri" diviziyasının üzvləri də var. Onlar 1980-ci illərdə İran-İraq müharibəsi zamanı xüsusi fəallıq göstərib. Terror aktına görə məsuliyyəti sünni terrorçu qrup olan “Ceyşul-Ədl” (və ya “Ədalət Ordusu”) qruplaşması öz üzərinə götürüb. Bu qrup 2012-ci ildə yaranıb. Bir çox terror aktları həyata keçirib. Ötən ilin oktyabr ayında İranın 11 sərhədçisin girov götürüb. Az sonra onlardan 5 nəfərini qaytarıb, 6 nəfər isə hələ də onların əlindədir.

General Pakistanın terrorçu qrupu himayə etdiyinə işarə vuraraq deyib ki, rəsmi İslamabad terrorçuları cəzalandırmalıdır, əks təqdirdə özümüz onlardan intiqam alacağıq.

Yapon nəşri bildirir ki, Sistan və Bəlucistan əyalətlərindəki separatçılar opium (tiryək, bəng) qaçaqmalçılığı ilə məşğuldur. Bu səbəbdən də İranın güc strukturları ilə onların arasında tez-tez silahlı münaqişələr baş verir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar