"Sabah Bakıda sulu qar yağacaq" - Umayra Tağıyeva

Sabah Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək.

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 18-dən 19-na keçən gecə Mərkəzi Rusiyadan hərəkət edən siklon və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin respublikanın əsasən şimal və şərq rayonlarından keçməsi nəticəsində hava şəraitinin yagıntılı olacağı, sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Departament rəhbəri qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağışla başlayan bu prosesin fevralın 19-da gün ərzində sulu qarla müşaiyyət olunacağı gözlənilir: "Fevralın 19-da gün ərzində temperaturun müsbət 2-3 dərəcə olacaq. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək".

U.Tağıyeva əlavə edib ki, proses qısamüddətlidir və fevralın 20-də səhər yağıntılar tədricən kəsiləcək.

635x100

Şərhlər

Obyektiv 2019-02-18 12:50:22

ALLAH bu sulu qari Baki uchun quru qarLara chevirsin! Sheher neche iLdir ki, normaL qar havasina hesretdir, mehz buna goredir ki virus-infeksiyaLar, xesteLikLer bash alib gedir.. ve bu haLLar muhitin insan organizmine elece de, xarakterine de az tesiri yoxdur.. HavaLar oz fesLine uygun kechmeyende (fiziki, tibbi cehetden ve menevi-psixoloji) menfi tesirLersiz otushmurdu..

Son yazılar