BİR “NOBEL”ÇİNİN HEKAYƏSİ

Məhəmməd Talıblı

İqtisadiyyatda acı reallıqları “oxumaq” üçün bəzən rəqəmlərin gücü çatmır. “Oxumaq” informasiya yükünü sözlərin gücü ilə beyinə elə ötürməlidir ki, orada rəqəm aydın təsvir olunsun. Çünki, hamı iqtisadçı deyil və ya ixtisasca iqtisadçı olanlarda bəzən isə iqtisadi təfəkkürü ona imkan verməyə də bilər. O zaman bədii təsvir vasitələrini (epitet, təşbeh, metafora) köməyə çağırmalı, insan yaşantılarını açmalı və durum dəyərləndirilməsini sözün gücü ilə izhar etməlisən. Bu mənada iqtisadi mövzuda olan bir əsərin qeyri-iqtisadi məziyyətlərini bölüşməkdə fayda gördüm.

Hər birimiz gün ərzində azı bir neçə məqalə oxuyur, internet resurslarında qarşımıza çıxan müsahibələrlə tanış olur, peşəkar karyeramız üçün lazım olan bilikləri toplayır, azı bir səhifə gündəlik yazır, başqa işlərimizlə məşğul oluruq və s. Amma mütləq mənada sıx qrafikimizə necəsə gələcək inkişafımzla bağlı 30-50 səhifə həcmində kitabı da oxumağa da mütləq mənada zaman “piroqumuzda” yer tapırıq.

Otən həftə ikinci dəfə iqtisadiyyat üzrə “Nobel”mükafatı lauratı Muhammad Yunusun “Kasıbların bankiri” (səh.312) əsərini çox böyük həvəslə və zövqlə yenidən oxudum. Kitabın yalnız iqtisadçılar üçün olduğunu düşünmürəm. Ona görə, iqtisadçı olmayanlarıda düşündürən bir neçə vacib detalları bölüşməyi özümə borc bildim. Yoxsulluq dərinliyi, ailə dağılmaları, kütləvi xəstəliklər, intiharlar kimi çoxlu sayda cəmiyyətdə mənfi halların artması iqtisadiyyat elmindən kənarda da digər elmi sahələri əhatə edir.

Kədərli səhnələrin rəqəmlərdən üstünlüyü

Əvvəla qeyd edim ki, müəllif bu ali mükafatı “sosial biznes” nəzəriyyəsinə görə alıb. Bu nəzəriyyənin elmi yeniliklərinin əsaslandırılması üçün sözün əsl mənasında uzun illərini bu savaşa verib. Banqladeşi (Cobradan) 1974-cü ildən başlayaraq bürüyən yoxsulluğun insanların hətta simasının necə dəyişməsindən sonra çıxış yolunun tapılmaması ona bir an belə rahatlıq vermirdi.

Həmin illəri faciəvi vəziyyətləri müəllif təsvir edərək müəllif yazırdı: “Yoxsulluq elə dözülməz hədd almışdı ki, insanların yaşını təxmin etmək belə olmurdu. Qocalar uşaq, uşaqlar qoca kimi görünürdü. Dünyanın sirrini anlamayan körpə uşaqlar ağlayaraq südün əzabı ilə yuxuya gedirdilər. Bəlkə də sabah hətta onun ağlamağa belə gücü çatmayacaqdı.” Bir sözlə əsər ağır kədər səhnələri ilə zəngindir...

1971-ci ildə Banqladeş müstəqillik mübarizəsində qalib gəlməsinə baxmayaraq böyük tələfatlar var idi. İç milyon nəfər banqladeşli öldürülmüş, 10 milyon insan isə qonşu Hindistana sığınaraq canını bir təhər qurtarmışdı. Müharibənin olkəni viran qoyduğu bir məqamda ABŞ-da özünün parlaq bir karyerasını yarımçıq qoyub öz doğma ölkəsinə qayıdan M.Yunus ölkə quruculuğunda yaxından iştirak etməyə qərar verir. Bu qayıdışı özünə borc bilən gələcək "Nobel"çi sosial biznes ideyasını praktik icraçısına çevrilərək ölkəsini yoxsulluq girdabından necə çıxarmaq missiyasına yüklənərək onun üzərində gecə-gündüz işləyir.

Cəmi 42 nəfərə 27 dollar (takanın dollara konvertasiyası) aztəminatlı ailələrə kredit verməklə işə başlayan Muhammad Yunus sonradan daha böyük miqdarda krediti cəmiyyətin xidmət vasitəsinə çevrən şəxsə çevrilir. 1976-cı ildə 1050 dollarla kredit portfeli olan M.Yunus sonradan rəhbəri olduğu Grameen Bankı 1998-ci ildə 2,4 milyard dollarlıq vəsaitini 2,33 milyon borcalana paylamağa nail olmuşdu.

Məhz sosial biznesin inkişafı nəticəsində 120 milyon əhalisi olan Banqladeşdə yoxsulluğun səviyyəsi əhəmiyyətli sürətdə aşağı düşdü. Kütləvi intihar, aclıqdan-səfalətdən ölən və sabaha inamlarını itirən insanları Grameen bankı xilas etməkdə tarixi uğura imza atdı. Məhz uzun müddətli təsirli tədbirlər hesabına "Grameen" özünə bir ad qazanmışdı - "keçmiş yoxsulların bankı". Belə bir bankın hesabına qazanılan ictimai etimad bankçılığın istismarçı mahiyyətinə yenidən baxılmasına səbəb oldu.

Məhz sosial biznes ideyası indiyə qədər iqtisadiyyatı nüfuzdan salan kreditləşməyə yeni məzmun verdi və ona inam yaratdı. Kreditin yalnız kreditorun maraq və mənafeyinin məhək daşı olmadığı ictimaiyyətə məlum oldu. Kreditin məzmununda istismarçı məzmun olmayanda o hər iki tərəfin ortaq maraqlarının aparıcı hissəsinə və uzlaşma nöqtəsinə çevrilir. Elə simvolik həddə kredit faizləri nəzərdə tutulur ki, bu həddə normal sahibkar gəlirlərinin cüzi bir hissəsini kreditora ödəməklə asanlıqla fəaliyyətini genişləndirə bilir. Qrameen bankı zənginləri daha zəngin etmək təcrübəsini bir kənara qoyub, biznesin daha çox sosial təbəqələrin məhsuluna çevrilməsini təşviq edirdi.

ABŞ-dakı lüksü Banqladeşdəki bataqlığa çevrən “Nobel”çi

Çittaqonqdan (Banqladeş) başlayaraq ABŞ-a (1993) qədər davam edən elmi karyera belə onun hətta universitetdə professor olaraq qalıb çalışmasını mümkünsüz edir. Müəllif belə lüksü özünə yaraşdırmır. Yoxsul yaşayan cəmiyyət qarşısında mənəvi borcunun olduğunu unutmayan M.Yunusu Banqladeşi necə yoxsulluqdan çıxarmaq düşüncəsi tərk etmir. Həyat yoldaşının belə yoxsulluğun tüğyan etdiyi Banqladeşə qayıtmasını təqdir etməyən Yunus onunla boşanmaq qərarına gəlir. Vətən təəsübü bütün dəyərləri üstələyir və o, öz ölkəsinə qayıdır.

Sosial biznesin ciddi nəticə verəcəyinə inanan Yunus hətta bu yolda Qrammen Bankı ilə əməkdaşlıqda israrlı olan Dünya Bankının təklif etdiyi resurslarından imtina edir. Banqladeşdə yoxsulluğun aradan qaldırılması üçün illər uzunu durmadan çalışır. Ciddi nəticələr də əldə edir. Bununla təkcə özünü “Nobel” pilləsinə yüksəlməsinə nail olmur, tarix yazmır. Beləcə iqtisad elminə də çox böyük tövhə vermiş olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar