Menu

"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb

18.02.2019, 17:58
"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.

Bu barədə xəbəri "Report"a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib.

Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi "Embraer" markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər Bakıya AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol