HEYDƏROVLARIN BANKI KİMƏ SATILIB? - "AFB Bank"ın yeni sahibinin adı açıqlandı

Yaxın vaxtlara qədər "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.Bu barədə "Report" maliyyə bazarındakı mənbəyə istinadla xəbər verir.

Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.

Xatırladaq ki, H.İsmayılov həm də "AFB Bank"la birlikdə "Gilan Holdinq" MMC-yə daxil olan "Azsığorta" ASC-nin 100%-lik səhmdarı, eləcə də "Bank of Baku" ASC-nin 31,1%-lik səhmdarıdır.

"AzPolitika.info" xatırladır ki, "Gilan" MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə şirkətidir. Bu səbəbdən "AFB Bank" ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb olub. Hətta bankın K.Heydərovun əlindən alındığını iddia edənlər də olub...

635x100

Şərhlər

Asim 2019-02-19 19:39:29

Yazıq xalq-sənin var-dövlətini kusok-kusok bölüblər.Vətəndaşların isə intihar üçün növbəyə durublar.Nə qədər kişinin ailədə üzü danlanar?Hamı eyni sözü deyir-kişisən oğurluq et ailəni dolandır.Gəl ay kasıb, eşşəyi vur çıxsın palçıqdan.Yaqin ki, bu haqsızlığı Allah götürməz-İnşallah.

Son yazılar