Menu

Rəşad Məciddən BNA-ya sərt ittiham - “Sürücülərə qan uddururlar” 

20.02.2019, 00:50
Rəşad Məciddən BNA-ya sərt ittiham - “Sürücülərə qan uddururlar” 

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakı Nəqliyyat Agentliyini (BNA) sərt şəkildə tənqid edib.

BakuPost xəbər verir ki, o agentlik əməkdaşlarının sürücülərə qan uddurduğunu bildirib: "Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!”.

Qeyd edək ki, son günlər BNA əməkdaşlarının "cərimə hücumu” insanlar arasında ciddi narazılığa səbəb olub. Parklanmalara görə cərimələrin bu quruma verilməsindən sonra dəyişən yalnız narazı insanların sürətlə çoxalmasıdır. İş o həddə çatıb ki, bu qurumun ləğv edilməsi üçün çağırışlar edilir.

Şərhlər

Brliyant Musayeva 2019-02-20 00:50:36

Həqiqətən qan uddurmaqdı.19.02.2019 tarixdə qarlı şaxtalı gündə 5 dəqiqə Yusif Səfərov küçəsində yerləşən 27 nömrəli məktəbdən uşağı götürüb evə gəlməmiş SMS gəldi.Dayanma durma qaydasına görə 20 manat cərimə olunursuz.Əvvəla ora elə yerdirki maşını başqa yerdə saxlamaq mümkün deyil yol qırağıdır.İkincisi insanlıq hara getdi(havaya görə).Üçüncüsü Bakışəhərində məktəbin qabağından başqa yer yoxmu cərimə yazmağa.Nə deyəsən bizə düşmən lazım deyil.

Yengibar 2019-02-20 00:50:36

Cəngəllik qanunları burda da hökm sürür.İskəndər Parking deyilən bir firma var, Bakının təzə sahiblərindəndir.Bu gün küçələrdə gündəlik 50 manat planla yüzlərlə adam bu Iskəndər üçün pul yığır. Onlara şəriklik edən Polis susur, vergi, BNA susur, hər gün yüz minlərlə vəsait xalqın, Dövlətin cibindən çıxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol