Menu

Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq

20.02.2019, 11:07
Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq

Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.

“Report” xəbər verir ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.

Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də isə növbəti iş günüdür.

Şərhlər

Axar.az-dan 2019-02-20 11:07:09

Martda bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Axar.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə ölkədə iş günü olmayacaq. 9 və 10-u şənbə-bazara düşdüyü üçün 3 gün ardıcıl qeyri-iş günüdür.

Novruz bayramı ilə əlaqədar olaraq isə martın 20-dən 25-dək qeyri-iş günləridir. Martın 23-ü və 24-ü şənbə və bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

İşsiz 2019-02-20 11:07:09

Məlumat düzgün deyil. 9-u və 23-ü şənbə, 10-u və 24 isə bazar günüdür. Bu günləri də qatıb 10 gün demək düz delyil. Əgər elədirsə, onda 1, 2, 16, 17, 30, 31 mart günləri də iş günü deyil(şənbə bazar günləridir). Həmin günləri də qatın bayrama, yazın ki, Gələn ay bayramlarla əlaqədar 16 gün iş olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol