Menu

İŞİD-çilər bir-birini öldürür – 17 ölü

20.08.2014, 18:45
İŞİD-çilər bir-birini öldürür – 17 ölü

Terror təşkilatının iki üzvü digər yaraqlılarla aralarında yaranan mübahisə zamanı kamikadze hücumu baş verib.

İraqın Ənbar vilayətinin fövqəladə meri Abdulhakim Əl-Cuğeyfi Bərvanə nayihəsində İraq ordusu tərəfindən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının mühasirəyə alındığını deyib.

Mer həmçinin mühasirədə qalan yaraqlıların psixoloji təzyiq gördüklərini və aralarında fikir ayrılığı olduğunu, məhz bundan sonra yaraqlılardan ikisinin aralarında baş verən mübahisə zamanı üzərlərindəki bombanı partlatdıqlarını deyib. 17 nəfər həlak olub.

Xatırladaq ki, ölkənin cürbəcür yerlərində İŞİD ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verir. Həmçinin İraq ordusu ABŞ və İngiltərənin dəstəyi ilə yaraqlıların nəzarətində olan bölgələrə hava hücumları edir (Publika.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol