Azərbaycanda idarəetmədə korrupsiyanın kökünün kəsilməsi istiqamətində son zamanlar xeyli addımlar atılır. Məmurlar dəyişdirilir, struktur islahatlarına gedilir, məmur-xalq ünsiyyəti yaradılır. Lakin bütün bunlarla yanaşı, ekspertlərin dilindən tez-tez rüşvətin kökünün tamamilə kəsilməsi üçün “Sinqapur modeli”nin tətbiqi məsələsi də gündəmə gətirilir. Bildirilir ki, əgər məmurların maaşları yüksəldilərsə, onlar korrupsiyadan kənar olarlar.
Məlumat üçün qeyd edək ki, Sinqapurda Li Kuan Yunun hakimiyyəti illərində ölkədə korrupsiya halına demək olar ki, rast gəlinməyib. Orada korrupsiyanın qarşısını almaq yollarından biri kimi məmura yüksək maaş verilir. Məsələn, məlumatlara görə, Sinqapurda nazirin məvacibi 50 min ABŞ dollarından yüksəkdir.
Sinqapur tarixində milli inkişaf naziri De Çzinvanın korrupsiyada əli olduğu sübuta yetiriləndən sonra intihar edib.
Sinqapurda maaşlar yüksək olduğu kimi, qanunlar da sərtdir.
Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün məmurların maaşlarının yüksəldilməsi imkanı varmı? İlk növbədə buna ölkə iqtisadiyyatının vəziyyəti uyğundur?

“Orada maaşların qaldırılması ilə yanaşı məhkəmə sistemi həddindən artıq çox sərt və ədalətli idi. Ən azından Sinqapur qanunları çərçivəsində ədalətli qanunlar çıxarılırdı deyə, nəzarət və cəzalandırma mexanizmi də korrupsiya ilə mübarizədə məhkəmənin üzərinə qoyulmuşdu. Ona görə də görülən işlər ciddi nəticə verdi və korrupsiyanın kökü kəsildi. Təkcə maaşların qaldırılması istiqamətində addımlar atılsaydı, bəlkə də ”Sinqapur möcüzəsi" adlandırılan effekti ala bilməzdilər. Ona görə də paralel olaraq, maaşların qaldırılması ilə yanaşı, məhkəmələrin də çevik, ədalətli şəkildə fəaliyyət göstərməsi və bir cəzaverici mexanizmə çevrilməsi çox vacib haldır. Korrupsiya ilə mübarizədə bu iki şərtin olması mütləqdir. Maaşların qaldırılması üçün Azərbaycan iqtisadiyyatında da imkanlar mövcuddur. Burada böyük həcmdə vəsait tələb olunmayacaq. Əsas iki istiqamətdə maaşlar qaldırıla bilər. Belə ki, birincisi, təqribən sayları 29 minə yaxın olan dövlət qulluqçularının maaşları qaldırılmalıdır. İkincisi də məhkəmə, hüquq-mühafizə orqanlarında çalışanların maaşları ilə bağlı müəyyən addımlar atılmalıdır. Çünki insanları narahat edə biləcək məsələlər məhz bu istiqamət üzrədir. Ona görə də maaşların artırılması üçün ölkənin iqtisadi gücü var. Ancaq yalnız bu addım yetərlidirmi? Məncə, yetərli deyil. Yəni həm hüquq-mühafizə orqanlarının daha da çeviklik göstərməsi, həm məhkəmədə ədalətli qərarların çıxarılması mexanizmi yaradılması, təkcə maaş artımı ilə nəyəsə nail olmaq mümkün deyil. Ancaq maaşların artırılması da vacib haldır. Çünki Azərbaycanda nazirlərin maaşları 1200-1500 manat arasında dəyişirsə, hər kəs bilir ki, nazir bu pulla dolanmır. Bu maaşla dolanmaq, ümumiyyətlə, çox çətindir. Əgər bank sektorunda çalışan bir işçi 3-4 min maaş alırsa, nazirə də 1200 manat maaş verilirsə, bu, qeyri-proporsional yanaşmadır. Bu baxımdan deyə bilərik ki, maaşların kifayət qədər artırılmasına lüzum var. Bunun üçün iqtisadi imkanlar da yetərlidir. Ancaq eyni zamanda effektivlik də artırılmalıdır. Ola bilər ki, dövlət aparatının kiçildilməsi istiqamətində addımlar olsun və bunun hesabına da maaşları yüksəldilsin. Eyni zamanda cəzalandırma mexanizmləri də daha sərt şəkildə işləyə bilər".
Ekspert bildirib ki, bu xüsusda deputatların adlarının çəkilməsi normal deyil: “Ümumiyyətlə, qanunverici orqanda çalışan insanların korrupsiyada adlarının hallanmasının özü nonsensdir. Yəni bu, olmalı deyil. Onların böyük əksəriyyətinin də biznesi var ki, heç bu da qanuni deyil. Deputatlar da biznesdən kənar olmalıdır. Bütün bunların qarşısını almaq üçün birincisi, güvənilən parlamentə ehtiyac var. Yalnız bundan sonra təbii ki, maaşların da artırılması mümkündür. Sadəcə olaraq, vətəndaşlar, seçicilər tərəfindən bunun yüksək qarşılanması üçün parlamentin yenidən formalaşmasına və inandırıcı seçkilərə ehtiyac var ki, bu, müəyyən suallar doğurmasın. Daha bir ciddi məsələ isə budur ki, ən az əmək haqqı alanla, ən yüksək maaş alanın arasında da uçurum olmasın. Yəni bir ölkədə minimum əmək haqqı 180 manatdırsa, deputata 10 min manat versəniz, bu, ciddi narazılıq yaradacaq. Ona görə də burada balans yaratmaq lazımdır. Maaşların ümumilikdə qaldırılması, gəlirliyinin artırılması üçün kompleks tədbirlər görülməlidir”.


Şərhlər
YEKUNU ODUR KI , RUWVET ALAN MEMUR UCUN EN YAXWI MODEL UKRAYNA MODELIDIR.ZIBIL YEWIYINE BASMAQ.NECE OLUR KI , MEN MUELLIM 45 IL IWLEYIB 200 MANAT TEQAUD ALIRAM SESIM CIXMIR, ANCAQ DEPUTAT 2000 TEQAUD , 2500 DE MAAW ALIR VE MESELE QALDIRIRKI, BIZE 8000 10000 ARASI MAAW VERILSIN . YENI CALIWIRLIR KI. ODU HEMIWE OZ QABAQLARINA CEKSINLER
kim deyir ki minumum əmək haqqı 180 manatdır bu ğün təqüd aldım 61 manat ğörüm yığdqları naram xoşları olsun.
Ay mutexessis oz yazdiqin naqila hec olmasa ozun inana bilirsen sen yazdiqlarindan cox olke ehalisi bilir hec kime aqil orgetme,iwinle mewqul ol.
VALLAH GULMELI DOVLETDE YAWAYIRIQ.ULU ONDER KIMLERI QOVMUWDU,INDI ONLAR WEREF ,WOHRET ORDENLIDILER,ESAS ,YAQLI YERLERDE SOKUB ,TALAYIRLAR...BOW BOW REQEMLERLE ANALOQU OLMAYAN INKIWAFDAN DANIWIRLAR...YAXWI BELE BIZNESMENDISE IWI ILE MEWQUL OLSUN.NAZIR VEZIFESINI,DEPUTATLIQI NEYE LAZIMDIR.UMUMIYYETLE YUXARIDA AWAQIYA HAMININ,,GELIR,EMLAKI DERC EDILMELIDI.KIM KIMDI HAMI BILIR.NE ISE BUNLARDAN ...OLMAYIB,OLMAYAJAQDA...LUKAWENKO CANI
Birinci növbədə müstəqil məhkəmə sistemi OLMALIDIR. Yoxsa heçnəyin xeyri yoxdur.
Bizim acgoz memurlari bu cur "metodlarla" duzeltmek mumkunsuz!!! Sinqapur modeli bizde iwe getmez, cunki modelin hedefleri azerbaycalilardir! Tek bir halda bu mumkun ola biler ki, vezife tutan memurlarimizi Sinqapur vetendawlari ile evez edek!
Elə deyil.Bizim öz mentalitetimiz var.Yüksək çinli məmur heç rüşvət almadan da bir zənglə öz qohum-əqrabalarını,yaxınlarını yüksək vəzifələrə yerləşdirtdirə bilir.YPX sadə bir qayda pozuntusuna gorə sürücünü saxladıqda sürücünün ilk ağlına gələn iş telefonla kiməsə zəng etmək olur.Ümumi yanaşma dəyişdirilməlidir.İnsanlar nəhayət başa düşməlidirlər ki,kimliyindən,cəmiyyətdə tutduğu mövqedən,vəzifəsindən və s. asılı olmayaraq hər kəs qanunlara riayət etməlidir.
50000.00 manat yox 100000.00 manat da verilsə xeyri yox
Elə mexanizm tapilmalıdir ki az maaş alan az çox alan çox vergi ödəməlıdir.300_700 maaş alan gəlir vergisı az ödəməlıdir.minumum ehtiyac meyari istehlak səbətinə çatana qədər.
Sinqapura getmək lazım deyil.Qonşu Gürcüstanın nümunəsi var kim aldı türmə lap qohumu da olsa Saakaçvilinin reseptidir.
Öz yaxınları, özü ilə hakimiyyətə gələnlər də alan kimi tutub basdılar türməyə və hamı gördü ki yalançı mübarizə deyil basın bir iki dənə nazir.Hamı bilir kimləri.Birini tutub o birinə dəyməməklə alınmayacaq Bir ara orqandakının maaşları cox yüksəldi onlar həmin qədər də rüşvəti artırdılar.Rüşvəti yığmaq ümün monopoliya olmamalıdır. Nazir az alır? Nazir olmağa biliyi çatır sa getsin istehsalat açsın çox qazansın bunu edə bilməyənə niyə nazir təyin edib yüksık maaş verilsin.?
Əgər nazir işləyib yaxşı oğurlayıb son da heç nəyə cavabdeh olmursa niyə oğurlamasın niyə rüşvət almasın ? Xalq Prezidentə tam səlahiyyət verib niyə basmır türməyə rüçvətxoru nədən çəkinir.İqtisadiyyata azadlıq vermək rüşvətxoru türməyə Mütləq rüşvətə vərdiş edən nazirləri rədd edilməsə heçnə düzəlməyəcək Qaldı ki bir neçə il qabaq dedilər almaq olmaz mən DYP həmin vaxt maşınıma sənəd alırdım 20 dəqiqəyə işim düzəldi pul verməyə də adam tapmadım və uzun müddət çaşqın qaldım ki belə də olurmuş. Sonra yenə boşladılar.Bir sözlə istəsələr edərlər 100 cür bahanə axtarmaq lazım deyil İSTƏMİRLƏR
ÖZƏL VƏ DÖVLƏT işində işləyənlərə gəlir vergisində fərq qoymaq nə qədər insaflıdir?.pensiyaya çixanda onda az mmaş alan dovlətdə işləyən yenə az təqaud alacaq.Pensiya sistemində islahatlar aparmaq lazımdir.Xarici təcrubəyə əsasən ya100 modeli ya da hər il tez təqaudə çixmaq istəyənlərçun güzəşt vermək lazımdir65 yaşdirsa 1iltez çimaq istəyən 10%.2 il qabaq çixmaq istəyən20%.3 il tez çixmaq istəyən30% və s. az təqaud məbləği ilə çixmağa şərait yaradilmalıdir
Bu balansı yaratmağın ən yaxşı yolu 92-93 illərdə milli hakimiyyətin tətbiq etməyə başladığı və sonradan qiyam nəticəsində yarımciq qalan modeldir. Modelin fəlsəfəsi bütün dövlət sektorunda işləyənlərin əmək haqqlarının minimum yaşayış səbətinin əmsallarina baglanmasidir. Məsələn bir məktəbdə işləyən müəllimin iş atasına və digər professialliq göstəricisinə görə əmsalı 10 , digərinin isə 6 olur. Vəya, bir məmurun yenədə professialliq göstəricilərinə görə əmsalı 10, digərinin ki isə 6 olur. Deməli əmək haqqı indiki vəziyyətdə müvafiq olaraq birininki 1800, digərinin ki isə 1080 olur. Bu vəziyyətdə hamı həm profesionalliq vəziyyətini artırmaqla əmək haqqının artmasına çalışır, həmdə ümumi büdcənin artmasına maraqlı olur. Vəssalam.
GƏLİR VERGİSİ 14 FAİZDƏN AŞAĞİ SALINMALIDİR
əgər nazir 1200-1500 manata dolana bilmırsə onda 160-200 manata maaş alanlar neynəsin.ona gorə də ən başlıcasi aşağı maaş alanlarin əmək haqqin birinci növbədə baxmaq lazımdır.mmaş artıra bilmirlərsə əmək haqqindan 14 faiz vergini azaltmaq lazımdır.mmaş artanda da cox alanlar yenə çox alırlar.Vahid TARİF CƏDVƏLİNƏ DƏ YENİDƏN BAXMAQ LAZIMDIR.nə qədər ki minimuməmək haqqi istehlak səbətinə yaxinlaşmayıbsa
onda VAHİD TARİF CƏDVƏLİNDƏ AŞAĞI MAAŞA ALANLARİN DƏRƏCƏ ƏMSALİ YUKSƏK OLMALİDİR Kİ ONLAR DA NORMAL ƏMƏK HAQQİ ALA BİLSİNLƏR
dediyiniz modeldan 95-96 ci illarda tatbig olundu naticasi na oldu rusvat dahada artdi ganunlarin islakliyi tamin olunmali dovlatin vasaitlarina nazarat guclandirilmalidir yoxsa na faydasi sonra itda gedir ipda gedir