Menu

 "Ankarada yeni kanal tikiləcək" - Ərdoğan

21.02.2019, 23:40
 "Ankarada yeni kanal tikiləcək" - Ərdoğan

Türkiyənin paytaxtı Ankarada yeni kanal tikiləcək.Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.

Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi.

Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol