Ermənistanın dövlət qurumlarında aparılan ixtisarlardan sonra azı yüz məmur işsiz qalacaq.
“Report” xəbər verir ki, bunu “Joxovurd” yazıb.
Qəzetin məlumatına görə, əhaliyə xidmət göstərən sahələrin əməkdaşları başlanğıc mərhələdə ixtisar edilməyəcək. Nazirliklər birləşdirildikdən sonra isə ayrı-ayrı şöbələrdə də oxşar proses gedəcək. Məqalədə qeyd olunub ki, bu isə ixtisara düşən məmurların sayını artıracaq: “Bu zaman hökumətdə çalışan və özünü doğrultmayan əməkdaşlar işdən azad ediləcək”.
Qeyd edək ki, Ermənistanda ixtisarlar davam edir.


Şərhlər
Kompakt dövlət aparatı qurmaq, debürokratizasiya aparmaq pis seçim deyil.