Menu

“Body Scan" yoxlama aparatları artıq ölkəyə gətirilib

22.02.2019, 16:10
“Body Scan" yoxlama aparatları artıq ölkəyə gətirilib

Dövlət Gömrük Komitəsinin sifariş verdiyi 9 ədəd “Body Scan" (B-Scan) yoxlama aparatı artıq ölkəyə gətirilib.

Trend-in məlumatına görə, bunu Gömrük Komitəsinin Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılmasının baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib.

Onun sözlərinə görə, gətirilən aparatlar yaxın zamanlarda bütün beynəlxalq hava limanlarında və Naxçıvan da daxil olmaqla bütün cənub sərhədlərində quraşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol