Menu

Yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

23.02.2019, 13:43
Yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsinə “vergi yoxlamalarına” sözlərindən sonra “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilib.

Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Şərhlər

Dövlətimizi sevən 2019-02-23 13:43:00

SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalıdır,çünki o dövrdə ciddi yoxlama qurumları olmasına baxmayaraq dövlət əmlaklarının mənimsəməsi halları hökm sürürdü... Cənab Prezidentimiz hümanistlik edərək yoxlamaların məhdudlaşdırlması, bəzi işbazların dövlət əmlaklarının talan olunması hallarına gətirib çıxartdı.. Belə ki, Azərbaycanımızda fəaliyyət göstərən hansı Səhmdar Cəmiyyətlər öz səhmdarlarına qanuni dividentlərini vaxtlı-vaxtında ödəyib Səhmdar Cəmiyyətlər vergidən yayınaraq, şəxsi maraqları üçün çal

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol