Menu

Əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılıb

23.02.2019, 14:03
Əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən qanunun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilib.

Bununla da Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol