Paytaxtın bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"AzPolitika"nın Bakı Nəqliyyat Agentliyinə istinadla məlumatına görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar