Menu

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi tutulub

25.02.2019, 18:15
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi tutulub

Ukraynanın hüquq-mühafizə orqanları ölkə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Vladimir Zamanı saxlayıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun mətbuat katibi Larisa Sarqan bildirib.

“Bunun dövlət xəyanəti, yaxud başqa məsələlərlə əlaqədar oldğunu bilmirəm”, - deyə mətbuat katibi vurğulayıb.

Həbsin səbəbini Ukrayna hərbi prorkuroru Anatoli Matiosun açıqlayacağı bildirilib.

Məlumata görə, Vladimir Zaman 2012-ci il fevralın 18-dən 2014-cü il fevralın 19-dək Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol