Menu

ABŞ-ın hərbi təyyarəsi Rusiya üzərində müşahidə uçuşu edib

26.02.2019, 00:47
ABŞ-ın hərbi təyyarəsi Rusiya üzərində müşahidə uçuşu edib

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Boeinq OC-135B hərbi təyyarəsi Rusiya üzərində müşahidə uçuşu həyata keçirib.

«PlaneRadar» monitorinq portalının məlumatına görə, layner Çita üzərində qeydə alınıb.

«RİA Novosti» agentliyinin məlumatına görə, təyyarə uçuşu 24 mart 1992-ci ildə Helsinkidə imzalanmış «açıq səma» üzrə Müqavilə çərçivəsində həyata keçirib.

Sənəd 34 iştirakçının hərəsinin bir-biri üzərində hərbi fəaliyyət üzrə müşahidə uçuşu həyata keçirmək hüququnu müəyyən olunmuş kvota çərçivəsində nəzərdə tutur. Bu zaman müqavilə çərçivəsində ABŞ, Rusiya və Belarus hər il digər iştirakçı-ölkələrin ərazisi üzərində 42 uçuş həyata keçirə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol