Menu

"Azərbaycanın gələcəyinin bir qismi ölüb" - Rusiyalı deputat

26.02.2019, 15:35
"Azərbaycanın gələcəyinin bir qismi ölüb" - Rusiyalı deputat

"Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq".

"Report" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

"Xocalıda törədilənlər dəhşətli vəhşilikdir. Günahsız qocalar, qadınlar, uşaqlar öldürülüb. Uşaqlar ölüb, deməli, həm də onların uşaqları, uşaqlarının uşaqları ölüb. Azərbaycanın gələcəyinin bir qismi ölüb", - D.Savelyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada bu dəhşətli cinayətin tanınması üzrə proseslər gedir.

Şərhlər

zakir 2019-02-26 15:35:53

halal olsun

Azərbaycanlı 2019-02-26 15:35:53

Bunu öncə iqtidar qəbul etməli.hökumət hərəkət etməlidir.25 ildir susqunluq çox şeylərdən xəbər verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol