Menu

Əməkdar artist Xocalı yürüşündə gülərək selfi etdi - FOTOLAR

26.02.2019, 16:35
Əməkdar artist Xocalı yürüşündə gülərək selfi etdi - FOTOLAR

Əməkdar artist, Musiqili Teatrın aktrisası Nahidə Orucova Xocalı soyqırımı günü paylaşdığı fotoyla gündəmə gəlib.

Aktrisa Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edib.

O, yürüş zamanı gülə-gülə şəkillər lentə alıb və "İnstagram" hesabında yayımlayıb.

Orucovanın bu addımı izləyicilərin sərt reaksiyasına səbəb olub. Onlar aktrisanın şəkil çəkdirməsi və gülməsinin böyük səhv olduğunu vurğulayıblar.

Qeyd edək ki, şəkildə Nahidə ilə yanaşı xalq artistləri İlham Namiq Kamal, Sabir Məmmədov, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və rejissor Hafiz Quliyev də yer alıb.(open.az)

 

Şərhlər

Roma 2019-02-26 16:35:39

Xocalı soyqrımının anım günündə bu aktrisanın və yanındakı xalq artistinin təbəssümlərini necə başa düşək...

İSLAMOV RUSLAN 2019-02-26 16:35:39

BELƏLƏRİNİ XALQA TANITMAQ LAZİMDIR

İSLAMOV RUSLAN 2019-02-26 16:35:39

ÜREYİMİZ QAN AĞLAYIR GÜLMEKMİ OLAR BELƏ GÜNDƏ EY ZİYALI TƏBƏQƏ

bmw 2019-02-26 16:35:39

YAZIQLAR OLSUN

Ekspert 2019-02-26 16:35:39

Doğrudanda artist elə "arsız" deməkdir.Onlarda xəcalət hissi deilən hiss olmur.Bunlar da "artist"dir.Özü də əməkdar "arsız".Günümüzə baxın ömrünü gecə-gündüz işdə (Energetika sahəsi)keçirənlərə sağ ol deyən olmur,bunlar isə əməkdar olurlar.Onlara bu adı sifariş verənlər də elə onların tayıdır.

Abid 2019-02-26 16:35:39

Hər şeyə SHOW kimi baxan səviyyəsizlər yıgını.

Roma 2019-02-26 16:35:39

Görəsən bu əməkdar artist və onun ətrafındakı İlham Namiq yəni xor dirijoru /məşhur caniklər/ və sifətlərində təbəssüm olanlar Xöcalı soyqırımının anım günündə nəyə gülürlər. Bəlkə onlar üçün xalqın ümumhüzür günü yox gülüş günüdür. Belə xalq və ya əməkdarların fəxri titulları əllərindən alınmalıdır. Yazıçı Əylisli kimi...

yusif 2019-02-26 16:35:39

arsiz adam

ədalət naminə 2019-02-26 16:35:39

O adam bu tədbirə rəhbərliyinin gəstərişi ilə ya da vaxt keçirmək naminə gəlib. Qəlbnən bu faciəni yad etməyə gələn insan belə etməz.

Roma 2019-02-26 16:35:39

Bu əməkdar və xalq artistləri /Sabir Məmmədovdan başqa/ əsasən bu titullara Prezident təqaüdünə bir sözlə hazırda əsasən necə deyərlər zəhmət çəkmədən yaxşı yaşadıqlarına görə ümumhüzür günü belə təbəssümlə şəkil çəkdirirlər. Siz necə özünüzü bu millətdən sayırsınız. Ar olsun...

İslamov Ruslana 2019-02-26 16:35:39

Artistlər nə vaxtdan ziyalı təbəqə olublar?Ziyalı sözünü niyə təhqir edirsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol