Menu

Ukrayna üzən kosmodrom yaratmağı planlayır

27.02.2019, 01:17
Ukrayna üzən kosmodrom yaratmağı planlayır

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, «A.M.Makarov adına Cənub maşınqayırma zavodu»nun Baş direktoru Sergey Voyt bəyan edib ki, Ukraynada raket atışları üçün üzən kosmodrom yaratmaq barədə düşünürlər.

«Ukraynanın öz kosmodromu yoxdur, amma məhz «Cənubmaş» müəssisəsi raket istehsalı üzrə ixtisaslaşıb və 23 ölkə, o cümlədən Avropa ölkələri ilə xarici-iqtisadi fəaliyyət qurub. Raket buraxmaq üçün bizə öz kosmodromumuz lazımdır. Onu Xerson vilayətində yaratmaq olar» - deyə, Voyt bəyan edib.

O, bildirib ki, yaxınlarda Xersonun «Pallada» zavodunun kollektivi ilə təmasda olub. Bu zavod üzən qurğular istehsal edir və bizimlə əməkdaşlığa hazır olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol