Menu

8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

27.02.2019, 11:31
8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb

Şabran rayonunda antibiotik iynə vurulması nəticəsində vəfat edən 8 yaşlı uşğın ölümü ilə bağlı cinayət işi başlanılıb.

"Report"un Şimal bürosuna Şabran Rayon Prokurorluğundan bildirilib ki, Şabran rayon sakini, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1 maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol