Menu

Bakıda qadın evində saxlanılan silah-sursatı polisə təhvil verib

27.02.2019, 12:20
Bakıda qadın evində saxlanılan silah-sursatı polisə təhvil verib

Polis əməkdaşları Bakıda qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürüb və aidiyyatı üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol