«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin xüsusi nümayəndəsi Eliott Abrams bəyan edib ki, ABŞ Venesuelaya qarşı hərbi əmliyyat keçirmək niyyətində deyil.
Onun sözlərinə görə, ölkəsi diplomatyadan, iqtisadi və siyasi təzyiqlərdən istifadə edəcək.
Amerikalı diplomat əlavə edib ki, ABŞ bu və növbəti həftədə Karakasa qarşı yeni sanksiyalar elan edəcək. Bu zaman, Abramsın bəyan etdiyi kimi, ABŞ hakimiyyəti vətənə qayıtdıqdan sonra müxalifət lideri Xuan Quaydonun təhlükəsizliyindən narahatlıq keçirir. Hazırda Quaydo Kolumbiyadadır və bura gəlməklə o, ölkədən çıxmamaq barədə məhkəmə qərarını pozmuş olub. Ölkədən çıxmaq üçün ona Venesuela hərbçiləri kömək ediblər.


Şərhlər