Menu

BANKLAR TƏCİLİ YIĞINCAĞA ÇAĞIRILDI - Problemli kreditlər müzakirə olunacaq

27.02.2019, 14:36
BANKLAR TƏCİLİ YIĞINCAĞA ÇAĞIRILDI  - Problemli kreditlər müzakirə olunacaq

Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.

"Marja"nın əldə etdiyi məlumata görə, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Eyni zamanda, yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi olacağı ehtimal edilir.

Xəbər verdiyimiz kimi, Fevralı 25-də Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə məsələsinin vətəndaşlarının xeyirinə həll ediləcəyini açıqlamışdı.

"İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.

Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".

Şərhlər

fikrət 2019-02-27 14:36:07

5000 dollardan yuxari olmasin yada 10000 dollar böyük məbləqləri özləri ğötürüb öz kreditlərin həll edib kasiblar yenə qalacaq

aysberq 2019-02-27 14:36:07

O oliqarxların başını əkdiyi milyardları müzakirə edəcəksiniz, yoxsa kasıb-kusubun götürdüyü manatları?????? Hıyyyyyyyyy??????

Azərbaycan vətəndaşı 2019-02-27 14:36:07

Beş il idi harada yatmışdınız.Hətta bu olkənin konstitutsiya məhkəməsi Bankların xeyrinə qərar çıxarmışdı.Neçə-neçə kasıb vətəndaşı,evlərinin əlindən alınması ilə qorxuzub dollar kreditlərini sonuncu kursla ödətdirəndən sonra ayılmısınız.Qaytarın artıq ödənişləri geri.Deyəsən hansısa səbəb var.Yoxsa bizdə hakimiyyət xalqın xeyrinə addım atmaz.

Müəllif 2019-02-27 14:36:07

Evvela, kommersiya banklarının öhdelikleri, insanların mülki-hüquqi müqavileler üzre öhdeliklerine göre mesuliyyet dövletin üzerine qoyula bilmez. Mülki Mecellede açıq-aydın yazılıb ki, dövlet kommersiya teşkilatlarının, kommersiya teşkilatları ise dövletin öhdelikleri üçün mesuliyyet daşımır (cavabdeh deyil).
Diger terefden dövlet budcesi göyden tökülen vesaitler hesabına formalaşmır, vetendaşların vergileri hesabına formalaşır. Kredit borcu olmayanın günahı deyil ki, kredit götürüb, ödemeyib.

miri 2019-02-27 14:36:07

Bu məsələni "ciddi sosial təklif" kimi yox, ciddi sosial tələb kimi dəyərləndirin. Onda məsələyə bu problemdən yaranan sosial çətinlikləri başa düşmək və çıxış yolu tapmaq mümkün olar.Məsələ həllini tapandan sonra isə "Azərbaycan bu məsələnin həlli ilə öz liderliyini göstərəcək" yox, normal ölkələrdən biri kimi etmiş olacaq.p.s. Mən heç vaxt kredit almamışam və hər kəsi istisna ehtiyac olmadan almamağa çağırıram.Cunki, bu problemin həllinə sərf olunan vəsait, Məmləkətin gələcək inkişafına sərf olunması daha yaxşıdır.

Nizami 2019-02-27 14:36:07

Problemli kredit ancaq kasıb əhalinin kreditinə aid olmalıdır. Yoxsa varlılar,məmurlar deputatlar özlərinin kimlərinsə adına milyonlar pul götürüb burda ya xirici ölkələrdə gizlədibsə və vermirsə cinayətə cəlb olinmalıdır. Yəni talançıların atdıqları milyon milyardlar da əhalinin hesabına silinməsin. Yəni pula ehtiyacı olan kasıb əhaliyə aid olsun. Yeni böyük maxinasiya yox.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol