Menu

«Müxalifət Şərqi Avropadan silah alır» - XİN naziri

27.02.2019, 15:16
«Müxalifət Şərqi Avropadan silah alır»  - XİN naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasındakı çıxışı zamanı bəyan edib ki, Venesuela müxalifəti üçün Şərqi Avropadan silah alına bilər.

Onun sözlərinə görə, bu informasiyanı Venesuelaya Kuba və Rusiya kimi «döst ölkələr» təqdim ediblər. Venesuela həm də «Karib hövzəsində ordu hissələrinin səfərbər edilməsi və Venesuelaya təcavüz hazırlanması barədə» informasiyaya malikdir.

Venesuelada gərginliyin yaradılmasında diplomat ABŞ hökumətini günahlandırıb. Onun sözlərinə görə, «Venesuelaya təcavüz məsələsində maliyyələşdirmənin və rəhbərliyin təşkili işləri ilə məhz ABŞ məhğul olur». Nazir hesab edir ki, bu «təcavüz» 20 il əvvəl - 1999-cu il bolivarian inqilabından sonra başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol