Menu

Ramil Usubov Avropa çempionunu işdən qovdu

27.02.2019, 19:22
Ramil Usubov Avropa çempionunu işdən qovdu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb. ONA xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə əməkdaş cəzalandırılıb.

Xatırladaq ki, Qalib Hümbətov sambo üzrə ikiqat Avropa çempionudur.

Şərhlər

azər 2019-02-27 19:22:34

"qovdu"...təhqirdir..kim salıb ey bu sözü dövriyyəyə..özü də şoxdandır...bu söz də elə baş verib yerinə "qeydə alınıb" şablonu kimi belə xəbərlərin eyni mətbəxdən çıxdığının aşkar sübutudur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol