Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub. “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “azxəbər.com”a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq:
“Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.
Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.


Şərhlər
...Güya istəyib buraxırlar bilirlər ki buraxmasalar o dəqiqə həngamə qopacaq. Bu tarıxı bilmək üçün Əliməmməd Nuriyevə ehtiyac yox idi dustaq vaxtı bitən gün buraxılmasa cinayət sayılır.
HALAL OLSUN SENE,AY MEHMAN.KIWISEN,VALLAH