Menu

Pompeo Pakistan və Hindistanı təmkinli olmağa çağırıb

27.02.2019, 20:29
Pompeo Pakistan və Hindistanı təmkinli olmağa çağırıb

«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Hindistan və Pakistanın xarici işlər nazirləri ilə danışıqlar aparıb və hər iki tərəfi «təmkinli olmağa» - hərbi əməliyyatlardan qaçmağa çağırıb.

Pompeonun Dövlət Departamenti tərəfindən yayılmış bəyanatında deyilir ki, ABŞ Hindistan və Pakistanı «nəyin hesabına olursa-olsun gərginliyin artmasından qaçmağa» və birbaşa əlaqələri saxlamağa çağırıb.

Pompeonun bəyanatı Hindistan-Pakistan münasibətlərinin kəskin mürəkkəbləşməsi və Hindistan HHQ-nin Pakistan Kəşmirinə aviazərbə endirməsi fonunda verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol