«AzPoitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Emirates, QatarAirways, Etihad, Flydubai, Sri Lankan Airlines və digər xarici aviadaşıyıcılar Pakistana uçuşları dayandırmağa başlayıblar. Bu addım Kəşmirdə baş verənlərlə bağlı hind-pakistan münaqişəsinin qızışması ilə bağlıdır.
Pakistanın özü Hindistan təyyarələrinin mübahisəli ştatda təmas xəttini keçməsi səbəbilə, hava məkanını bağlı elan edib («Röyter»).
Britaniyanın British Airways şirkəti və dəgər aviaşirkətlər, o cümlədən Rusiya aviaşirkətləri Pakistan və Hinlistan üzəindən reyslərin istiqamətini dəyişirlər.
Hindistanın şimalında da bir sıra aeroportlar bağlanıb.


Şərhlər