Menu

Türkiyə kürdlərə ikinci nəfəs verir 

21.08.2014, 20:31
Türkiyə kürdlərə ikinci nəfəs verir 

Şimali İraq neftini Türkiyəyə nəql edən boru kəmərinin tutumu iki dəfə artırılır

Rəsmi Bağdadın etirazlarına baxmayaraq Türkiyə Şimali İraq Kürd Regional rəhbərliyindən neft idxalını artırmaq istəyir.

ANS PRESS-in məlumatına görə, kürdlər tərəfindən inşa edilən və Şimali İraq neftini Türkiyəyə nəql edən boru kəmərinin tutumu iki dəfə artırılacaq.

Boru kəmərinin genişləndirilməsi işlərinin avqustun sonunadək tamamlanması nəzərdə tutulub. Bundan sonra kəmərə vurulan neftin miqdarının gündəlik 220 min barelə çatdırılması gözlənilir.

Şimali İraq rəhbərliyinin bu addımı neft gəlirlərini artırmağa hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol