Menu

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

28.02.2019, 17:27
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

Bildirilib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol