«AzPolitika.info» Rusiya KİV-ə istiadla xəbər verir ki, Moskva ətrafında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Layner «bağ sahəsi»ndə yaşayış binasının üstünə düşüb. «RİA novosti» agentliyinin məlumatına görə, insident Kolomensk rayonundakı «İstirahət» sanatoriyasının ərazisində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub, özəl tikili zədələnib. Yerdəki insanlardan zərər çəkəni olmayıb.
Fövqəladə hallar nazirliynin Moskva vilayəti üzrə idarəsindən təyyarənin qəzaya uğramasını təsdiqləyiblər. Şturval arxasında 52 yaşlı pilot İqor Kozlov oturubmuş.


Şərhlər