Menu

Türkiyənin yeni baş naziri - Əhməd Davudoğlu

21.08.2014, 21:36
Türkiyənin yeni baş naziri - Əhməd Davudoğlu

AKP-nin sədri vəzifəsinə də Əhməd Davudoğlu irəli sürülüb

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir təyin olunduğunu bildirib.

Bundan əvvəl avqustun 21-də yeni Baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib.

Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol