Menu

Tramp KXDR lideri ilə saziş imzalamaqdan imtina edib 

01.03.2019, 00:46
Tramp KXDR lideri ilə saziş imzalamaqdan imtina edib 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo ABŞ-Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında keçirilmiş ikinci sammitin nəticələrini şərh edib. Artıq məlumdur ki, Vyetnamda keçirilmiş bu sammitdə heç bir saziş imzalanmayıb.

Pompeonun sözlərinə görə, Kim Çen Inla heç bir müqavilənin bağlanmaması ideyası ABŞ prezidenti Donald Trampdan qaynaqlanıb.

Qeyd olunur ki, KXDR lideri Vaşinqtonun başlıca tələbini - bütün nüvə obyektəri barədə məlumatların açıqlanması tələbini qəbul etməyib.

«Röyter» agentliyinin xəbər verdiyi kimi, hazırda tərəflər ABŞ-KXDR arasında işçi səviyyədə görüşə hazırlaşırlar, amma hələlik görüşün tarixi müəyyən olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol