«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan hakimiyyəti «Samjhota Express» qatarının hərəkətini dayandırmaq qərarına gəlib. Qatar həftədə iki dəfə Pakistanla Hindistan arasında hərəkət edir.
İki ölkə arasında gərginliyin artması ilə bağlı olaraq, qatarın hərəkəti qeyri-müəyyən müddətə dayandırılıb («Doon» qəzeti).
Xatırladaq ki, fevralın 27-də Pakistan qüvvələri tərəfindən Hindistanın 2 təyyarəsinin Kəşmir rayonu səmasında vurulduğu məlum olub. Hidli pilotun əsir götüüldüyü barədə məlumat yayılıb. O da xəbər verilir ki, bunun cavabında Hinlistanın HHQ də Pakistanın bir qırıcısını vurub, amma bu zaman özü də bir qırıcısını itirib.


Şərhlər