Menu

Pakistan saxlanmış hindistanlı pilotu azad edəcək - Baş nazir

01.03.2019, 01:09
Pakistan saxlanmış hindistanlı pilotu azad edəcək  - Baş nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistanın Baş naziri İmran Xan bəyan edib ki, mübahisəli Kəşmirdə Pakistanın hava məkanını pozmuş Hindistan təyyarəsinin pilotu azad ediləcək və vətəninə qaytarılacaq.

Bu addımı o, «sülh jesti» adlandırıb və ümid etdiyini bildirib ki, bu, Hindistanla münaqişədə gərginliyin azaldılmasına kömək edəcək («GeoTV»).

Xan həm də bəyan edib ki, Hindistanın Baş naziri Narendra Modiyə zəng vurmağa cəhd göstərib, amma danışığın baş tutub-tutmaması barədə bir söz deməyib.

Bu arada, Hindistan aviasiyasının vitse-marşalı Ravi Qopal Krişiana Kapur bəyan edib ki, Nyu-Dehli Pakistan rəhbərliyinin pilotu azad etmək barədə qərarını alqışlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol