Menu

Son on gündə Bərdə doğum evində 4 körpə öldü - Cinayət işi açıldı

01.03.2019, 11:20
Son on gündə Bərdə doğum evində 4 körpə öldü - Cinayət işi açıldı

Bərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb. Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib. İstintaq davam etdirilir.

Qeyd edək ki, son günlər Bərdə Doğum Evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Fevralın 21-də Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb. Fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları vəfat edib.

Şərhlər

Kəmalə Kərimli 2019-03-01 11:20:43

Bərdədə xəstəxanalarda savaddiz cibini gudən həkimlərin ucbatindan buraz imkani olanlar Gəncəyə Mingəcevirə və yaxudda paytaxta uz tuturlar.Amma əlləri ciblərində olmaq şərti ilə.Səhiyyə nə vaxt duzələcək? "Həkimlər" insanlari göz görə gorə qirirlar.Oktay Şirəliyev niyə istefa vermir.Məmurlarin hərəsinin bir klinikası olsada özləri xaricdə müalicə olurlar.Vay bu zavalli xalqin gunünə.Qəssab kimi milləti şikəst edib qəbirstanliqa gondərirlər:((((

t.ədalət 2019-03-01 11:20:43

Yeni doğulmuşların ölümünə havadakı radiasiya da səbəb ola bilər.Bərdə cəbhə xəttinə yaxındır.Ola bilsin ki,Rusiya işğal zonasında hansısa kimyəvi silahın sınağını aparır.Yadımdadır,Yeni Bakı neftayırma zavodunda koks sexi işə salınanda (sovet dövrü) Nizami rayonundakı 7 sdaylı doğum evində də belə hadisə olmuşdu.Koks alma prosesi ətrafa radiasiya yaymışdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol