Menu

Mətbuat Şurası "Təzadlar"ı “qara siyahı”ya saldı

01.03.2019, 22:00
Mətbuat Şurası "Təzadlar"ı “qara siyahı”ya saldı

Bu gün Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.

Şuradan ONA-ya verilən məlumata görə, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının “Təzadlar” qəzeti ilə bağlı “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, “Təzadlar”ın fəaliyyətində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın “qara siyahı”sında yer alıb.

Qeyd olunub ki, qəzetlə bağlı Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub və qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, “Təzadlar” qəzetinin adı yenidən Şuranın “qara siyahı”sına daxil edilsin.

Apellyasiya Komissiyası tərəfindən “Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın “qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb.

Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Şərhlər

Zaur 2019-03-01 22:00:39

Dostlar, mən də bir saytın rəhbəriyəm. Açıq deyirəm, inanıram ki, sayt rəhbərliyi bu şərhi verəcək. Deməli belə: Mətbuat Şurasında olan ən azı 10 üzv elə ay olmur ki, hansısa tənqid olunan məmurun haqqında olan yazını çıxartmağı xahiş edirlər. Bir dəgə birinin sözünü eşitmədik, növbəti ay adi bir yazı ilə bağlı bizdın MŞ-a 6 şikayət Yazıldı. Düşünürəm ki, bu qara siyahı senzuranın bir variantıdır. Prezident aparatına hər gün minlərlə şikayət gəlir. Belə çıxır ki, başçıların adı reket elan olunmalıdır, eləmi

Faiq 2019-03-01 22:00:39

Mətbuat şurasında hələki məmurların müdafiəsi qurulur. Vaxtilə elşad Abdullatev var idi, şura onu əlində tuyurdu. Sonrası necədir. Elşadın barısindı CM-nin 5 maddısi ilə cinayət işi açıldı. Məncə Təzadların redaktorunu həbs etdirmişdi. Ədaləti itirmək olmaz,

Oqtay 2019-03-01 22:00:39

Məncə demokratık dövlət də Məşvərət Şurası birdə Tv ləri monitorinq edən şuralar olmamalıdır.Bunun üçün oxucu və tamaşaçı var.Biz bilərik nə oxuyaq nəyə baxaq. şəxsən mən sizin əməyiniz nəticəsində bir 10 il olar bütün AZ TV ləri pozmuşam bir də oxuduğum AZPOLİTİKADIR.SiZ BİZƏ LAZIM DEYİLSİNİZ.Ölü qəzetləri pul ilə saxlayanlar

Elçin 2019-03-01 22:00:39

Elsevər Həsənli, kimliyin bəllidir. Mən də jurnalistəm ve tənqidi KİV-ə qarşı MŞ basqısı bəllidir. Şəxsən mən qəzet olaraq indi ən çox 2Təzadlar"i okuyuram. Saytlardan isə azpolitika-nı. Çünki problemləri qaldırırlar, tənqidi verirlər. adı bəlli qəzet və ya saytların nəyini oxuyasan. Ona görə də ədalətli olmaq gərəkdir

Hüseyn Əlibəyli 2019-03-01 22:00:39

Mətbuat Şurası bu qərarı çoxdan verməli idi. Təzadların reketçiliklə məşğul olmasını orta məktəb şagirdləri də bilirdi.

Məhəmmədəli 2019-03-01 22:00:39

Sifarişlə (oxu pulla) böhtan yazan "Təzadlar" qəzeti prezident İlham Əliyevin təmiz kadrlarını biabır etməklə vəzifədən uzaqlaşdırılanların gizli gərargahıdır.
Daha dəqiq desək ölkədəki aparılan islahatları istəməyən "qüvvələrin" leqal mətbuatıdır.

Müəllim 2019-03-01 22:00:39

Dövlətin yeni təmiz və ləyaqətli kadrlarını qorxudub rüşvətətə sürükləmək istəyən bəzi məmurların süpürgəsi MŞ tərəfindən layiqli yerini aldı.

Mirzə 2019-03-01 22:00:39

"Təzadlar"qəzeti rüşvətxorların tribunasıdır. İşdən uzaqlaşmış və pulluların böhtan və şantaj qəzetidir...
Təmiz işləyənləri şərləyib,qorxudub və əvvəlki vəziyyəti (rüşvətxorluğu) təbliğ edən "mətbuat"-dır.

Elsevər Həsənli 2019-03-01 22:00:39

Nəhayyət ki, Mətbuat Şurası "Təzadlar" barədə qərar qəbul elədi. Bu qəzetin adı reket sözü ilə sinonim təşkil edir

t.ədalət 2019-03-01 22:00:39

Fikir verin ki,"Təzadlar"ın .....haqqında qaıldırdığı məsələ baxılmamış qaldı.Amma MŞ deyilən qurum birinci bu məsələnin qanuni araşdırılmasına çalışmalı idi.İndi kimin "reketlik" etdiyi göz qabağındadır.

t.ədalət 2019-03-01 22:00:39

M Ş inzibati deyil,ictimai təşkilatdır.İctimai təşkilatın ən böyük "cəzası" qınaq ola bilər.Təəssüf ki bu Şurada toplaşanlar bu məlum həqiqəti başa düşmürlər.MŞ-na bənzər qurum dünyada yoxdur.Bunu oliqarxlar ona görə yaradıblar ki,dələduzluqlarını mətbuatdan qorusunlar.Dələduzluq edən,rüşvət alan jurnalistləri cəzalandırmaq üçün ölkənin hüquq-mühafizə orqanları var.Jurnalistlər bu quruma qarşı birləşib qanuni mövqe sərgiləməlidirlər.Onu da deyim ki,MŞ-dakıların heç biri Vətənin müdafiəsində iştirak etməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol