Menu

Səudiyyə Ərəbistanı Üsamə Bin Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb

01.03.2019, 19:13
Səudiyyə Ərəbistanı Üsamə Bin Ladenin oğlunu vətəndaşlıqdan çıxarıb

Səudiyyə Ərəbistanı “Əl-Qaidə” terrorçu qruplaşmasının qurucusu Üsamə Bin Ladenin oğlu Həmzə Bin Ladeni Krallığın vətəndaşlığından çıxarıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Həmzə Bin Ladenin vətəndaşlığı ləğv edilib.

Qeyd edək ki, ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar məbləğində mükafat qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol