"Bayıl sütüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır".
"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O qeyd edib ki, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi baş veribl: "Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı. Hazırda orada yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".


Şərhlər
daş dövrü 1830-cu il demək deyildir. Ölü yeri deyil ki. Bir də ki, Molla Nəsrəddin demişkən (Qarğa məsələsi) daş dövründə sən oralarda idin?? Yoxsa Sizin üçün daş dövrü 10-12 m hündürlüyündə hasar şəkmək deməkdir?????????